"COVİD -19" artıq ikinci aydır ki, fəsli infeksiyadır, buna inanın" - Professor
06:12 04.07.2021
Sağlamlıq
671
“Bu gün rastlaşdığım bir mənzərə məni qəlbən sarsıtdı, həm də bəzi insanların idrakı yoxsulluğu məni mənən sındırdı.Təqribən 40-50 yaşlarda, sayı 10 nəfərə yaxın insan, Covid 19-un yeni bir öldürücü - "Delta" ştammının yayılması haqqında, guya Gürcüstanın rəsmi dairələrinin verdiyi bir məlumatı ciddi şəkildə müzakirə edir və yaxın gələcəkdə insanların kütləvi şəkildə qırılacağını söyləyir, uca səslə, sanki ətrafda olan insanları belə inandırmaq istəyirdilər”.
Sherg.az xəbər verir ki, bu fikirləri “Facebook” səhifəsində tibb elmləri doktoru, professor Musa Qəniyev yazıb. Professor əlavə edib ki, söylədiklərinin məsuliyyətini dərk edir, təsdiq olunmayacağı halda ən ağır cəzanı belə çəkməyə hazırdır: “Alfa, Beta, Delta, Delta-plyus və s. kimi ştammlar, Covid 19-un RNT-sində yaşam, bələdləşmə və uyğunlaşma qanunlarına uyğun olaraq baş verən və baş verməsi mütləq qanunauyğunluq və zərurət olan letallıq mutasiyası nəticəsində əmələ gələn mutantlardır. Hazırda Latın əlifbası sırası ilə adlandırılan, onların 4-ü gündəmdədir. Növbəti aylarda daha 5-i haqqında, daha sonra isə digərləri haqqında məlumat verilə və onların “ölüm mələkləri” olduğu bildirilə bilər. Xatırlatmaq istəyirəm, bunlar, insanların depressiyaya düşməsi, həyatdan əl üzməsi və düşünülmüş şəkildə özünə qapanması və məhvinə xidmət edən istəklərdir. Buna yol verilməməlidir”.
M.Qəniyev qeyd edib ki, Covid 19-un hazırda genom fərqliliyi göstərən 4, öyrənilən 5 ştammı, tapılacaq yeni- sıra ardıcıllığı ilə 15 ştammının heç biri letallıq və arzuolunmaz proqnozuna münasibətdə Covid 19-dan üstün ola bilməz: “ Bu qeyri-mümkündür, təbabət və mövcudiyyət qanunlarına ziddir. "Covid-19" artıq ikinci aydır ki, fəsli infeksiyadır. Buna inanın. Mən çox sevdiyim və Covid-lə mübarizədə fədai bildiyim proffessor Lala xanım Allahverdiyeva, Nuran Abdullayev, Aydın Əliyev, Qalib Əsədov, Şahin Məmmədov, Rafiq Hüseynzadə, Ramil Abdulov, Pərviz Axundov və hazırkı halda adını çəkmədiyimi üzürlü hesab etməsini çox istədiyim, bütün mübarizlərdən bu haqda yazmağı və ya heç olmasa, zaman etibarı ilə yazdıqlarını təkrar, təkrar paylaşmağı və xalqımız arasında yaymağı çox xahiş edirəm. Bugünkü gündə bu, hər şeydən əvvəl bizim xalqımız, millətimiz və ulu tanrı qarşısında olan, inanın ki, yeganə və müqəddəs bir borcumuzdur. Unutmayın ki, bildikləri həqiqəti öz xalqına çatdıran, millətini maarifləndirən, bu yolda təqib və mərhumiyyətləri qəbul edən insanlar, boynuna kəfən salmış müqəddəs şəhidlərdir, onlar zaman durduqca unudulmayacaqlar. Odur ki, mübariz olun, insanlara həqiqəti söyləyin, onları stress, ümüdsüzlük və gərginlikdən qurtarın. Birinizə həmkarım, digərinizə dostum, o birinizə tələbəm kimi müraciət edirəm. Dediklərimə əməl edin. Artıq, bütünlükdə insanlıq, tükənmiş və üzülmüş vəziyyətdə, olum ya ölüm qorxusu altındadır. Ümüd isə, tək Allahın köməkliyi ilə, yalnız Sizlərdəndir. Ulu Tanrı xatirinə, bacardığınız köməyi millətimiz və xalqımızdan əsirgəməyin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya