Dırnaq yemənin əsl səbəbləri... – Qarşısını necə alaq?
Yusif Nəzərli
13:49 18.08.2022
Sağlamlıq
849
Dırnaq yemənin əsl səbəbləri məlum olub. "Sherg.az" "CNN Türk"ə istinadən xəbər verir ki, uzman psixoloq Tülinay Seçkin evdə bacı-qardaş qısqanclığının dırnaq yeməyə səbəb olduğunu diqqətə çatdırıb. Psixoloq qeyd edib ki, valideynlər övladlarını ədalətli, müqayisəsiz böyütməlidirlər:
"Dırnaq yemə 3-4 yaşlarında başlayıb, yeniyetməlik dövrünə qədər davam edə bilən, bir növ davranış pozğunluğudur. Bəzən yetkinlik dönəmində də dırnaq yeyən insanlara rast gələ bilərik. Belə adamlar daim stress, basqı altında yaşayır. Xüsusilə də sözügedən davranış yeniyetmələrdə qorxu, həyəcan keçirdikləri durumlarda daha çox müşahidə olunur.
Uşaqlarda adətən psixoloji travmalar, mükəmməl şəxsiyyət quruluşu, ailə təzyiqi, xəyal qırıqlığı və səbirsizlik kimi vəziyyətlərdə görülə bilər.
Bundan başqa, ailənin hər hansı üzvü dırnaq yeyirsə, uşaq da həmin davranışı təqlid edir. Azyaşlı və yeniyetmələrdə dırnaq ətrafındakı dərini dişləmək, dırnaqları çəkmək və yolmaq kimi hərəkətlərlə tez-tez qarşılaşma ehtimalımız var. Nəticədə ağız infeksiyaları və bəzi xəstəliklərə səbəb olur.
Belə bir vəziyyətlə üzləşdikdə mütləq uzman dəstəyi alınmalıdır. Həmçinin valideynlər də mütəxəssislərlə paralel işləməlidir.
Ona dırnağını yediyi üçün əsəbiləşmək uşağın diqqətini daha da bu davranışlara yönəldər. Eyni zamanda dırnaqlara boya çəkmək ən çox istifadə olunan üsuldur. Lakin problemi birdəfəlik həll edən çıxış yolu deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm