Elektron səhiyyə saytı yenilənmiş formatda istifadəyə verilib
Yusif Nəzərli
11:45 11.05.2022
Sağlamlıq
523
“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” PHŞ tərəfindən yenilənmiş “Elektron səhiyyə” (e-sehiyye.az) saytı istifadəyə verilib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səhiyyə sahəsində informasiya texnologiyalarının ölkədə tətbiqinin, bu sahədə dünyada olan yeniliklərin işıqlandırılması və əhaliyə təqdim olunan elektron xidmətlərin təqdim edilməsi məqsədilə 2008-ci ildən etibarən Səhiyyə Nazirliyində “Elektron səhiyyə” internet portalı fəaliyyət göstərir. Hazırda “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” PHŞ tərəfindən portalın yeni versiyası istifadəyə verilib.
Portalda nazirlik tərəfindən həyata keçirilən yeni layihələr, elektron xidmətlər və elektron səhiyyə standartları və təsnifatları barədə məlumatlar yerləşdirilib.
Vətəndaşların və tibb işçilərinin xidmətlərdən istifadəsi, özlərinə aid tibbi məlumatların bir mənbədən əldə edilməsi üçün şəxsi kabinet yaradılıb.
Kabinetə qeydiyyat və giriş “Asan login” sistemi ilə həyata keçirilir. Kabinetə vətəndaşların tibbi məlumatları yaxın gələcəkdə bütün ölkə üzrə tibb müəssisələrindən daxil olan vahid rəqəmsal səhiyyə ekosistemindən cəmlənəcək. Həkimlər və orta tibb işçiləri kabinet vasitəsilə praktiki tibb fəaliyyəti barədə məlumatları əldə edə, eləcə də kadr uçot vərəqəsini çap edə biləcəklər.
Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti səhiyyə sahəsinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Səhiyyənin bütün pillələrində informasiya texnologiyalarının tətbiqi baxımından ciddi addımlar atılır, elektron xidmətlər təkmilləşdirilir, baş verən yeniliklər operativ şəkildə ictimaiyyətə çatdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İran arasında “tarixi sənəd” imzalanır - Yaxın Şərq dəyişir
21:36 13.06.2026
Gündəm
Tramp İranla sazişin imzalanacağını anons etdi: Tarix açıqlandı
21:07 13.06.2026
Gündəm
Bakıda dağıdıcı zəlzələ qorxusu əsassızdır - Seysmoloq
20:22 13.06.2026
Hadisə
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
19:52 13.06.2026
Futbol
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
19:31 13.06.2026
Gündəm
Elon Mask tarixdə ilk dollar trilyoneri oldu
18:53 13.06.2026
Maraqlı
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
18:35 13.06.2026
Dünya
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
18:15 13.06.2026
Gündəm
Sülh görünür, amma müharibə ehtimalı bitməyib - ŞƏRH
17:50 13.06.2026
Gündəm
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya