Eynək, respirator və damcılar: Mütəxəssis allergiyadan qorunmağın yollarını açıqladı

“Babuye leto” dövründə səhər saatlarında havada allergenlərin miqdarı ən yüksək həddə çatır.

Sherg.az xəbər verir ki, bunu allerqoloq Anna Kulikova bildirib. Həkim bu saatlarda, eləcə də quru və küləkli günlərdə açıq havada olmağı məhdudlaşdırmağı tövsiyə edib.

Mütəxəssis allergiyası olan şəxslərə gözləri yaxşı örtən gün eynəklərindən istifadə etməyi məsləhət görüb. O, həmçinin adi maskaların xırda tozcuq və sporları kifayət qədər süzmədiyini bildirərək FFP2 və ya FFP3 respiratorlarından istifadə etməyi tövsiyə edib.

Kulikovanın sözlərinə görə, izotonik duz məhlulları və süni göz yaşı allergenlərin yuyulmasına kömək edə bilər. Küçəyə çıxmazdan əvvəl sellüloza və ya ektoin əsaslı burun spreylərindən istifadə də simptomların azalmasına kömək edir.