Gəncədə orta məktəb şagirdləri dönərdən zəhərləniblər

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.