Görmə qabiliyyətini qoruyur
15:26 17.09.2021
Sağlamlıq
573
Şaftalı xərçəng xəstəliklərinin də qarşısını alır
Dadı, ləzzəti ilə əksəriyyətin sevimli meyvəsi olan şaftalının orqanizmə xeyri saymaqla bitməz. Şaftalı tərkibindəki vitamin, minerallar, antioksidan və digər faydalı elementləriylə sağlamlıq üçün vacib qidalardan biridir. “Şərq” şaftalının orqanizmə faydalarını təqdim edir:
Görmə qabiliyyəti üçün gərək olan əsas element beta-karotindir. Şaftalı tərkibindəki A və C vitaminləri ilə birlikdə beta-karotinlə də zəngindir. Mütəmadi şaftalı yeməklə bədəndəki qan dövranı artır ki, bu da görmə qabiliyyətinin yüksək qalmasına kömək edir. Beta-karotin orqanizmi həm də sərbəst radikallardan qoruyur. Katarakt və yaş həddinə görə görmə qabiliyyətinin zəifləməsinin qarşısını alır.
Dərini sağlam saxlayır
Şaftalı dəri üçün də son dərəcə gərəkli A və C vitaminlərinə sahib olmaqla dərimizin də ən yaxın dostu sayılmalıdır. A vitamini dərinin nəm qalmasına kömək edir, bununla da dərinin qurumasını və qırışların əmələ gəlməsini önləyir. C vitamini isə güclü antioksidan kimi dərinin təmiz qalmasına kömək edir. Gündə 1 şaftalı yeməklə dərini parlaq və qüsursuz saxlamaq olar. Qara ləkələrdən və qırışlardan xilas olmaq üçün şaftalını dəriyə də çəkmək olar.
Çəkini saxlamağa kömək edir
Şaftalı yağsızdır və yalnız 68 kaloriyə malikdir. Şaftalının tərkibindəki yüksək miqdarda şəkər təbiidir və buna görə də səhhətimiz üçün heç bir təhlükə daşımır. Artıq çəkidən azad olmaq istəyənlər şaftalını əlinin altında saxlasın. Şaftalı şirniyyata və müxtəlif çərəzlərə meyli dəf edəcək.
Xərçəngə qarşıdır
Şaftalı xərçəng hüceyrələrinin böyüməsinin qarşısını ala biləcək antioksidanlarla zəngindir. Orqanizmi ağ ciyər, bağırsaq və ağız xərçəngindən, qadınları isə döş xərçəngindən qorumaq qabiliyyətinə malikdir.
Xolesterolu qaydaya salır
Vaxtaşırı şaftalı yeməklə xolesterolu qaydada saxlamağa, bununla da şəkərli diabet və ürək xəstəliklərinə səbəb olan amilləri nəzarət altında tuta bilərsiniz. Bunun səbəbi şaftalının lipoprotein və ya LDL xolesterolun oksidlənməsini önləyən fenol birləşməsinə sahib olmasıdır. Bunun sayəsində orqanizm artıq çəkiyə malik olmur, köklük sindromu yaşanmır.
Həzm prosesini yaxşılaşdırır
Şaftalı yüksək lif faizi və potasiuma sahib olduğuna görə, bağırsaq, mədə və qara ciyərdəki toksinlərin təmizlənməsinə kömək edir. Yüksək dərəcədə olan liflər bağırsaqlardakı toksik maddələrin bədəndən xaric edilməsinə yardımçı olur. Potasium isə böyrəklərin yaxşı çalışmasını təmin edir. Şaftalı çox rahat həzm olunur və mədəyə ağırlıq vermir.
Təzyiqi nəzarətdə saxlayır
Bir şaftalı qan təzyiqinin yüksəlməsinin qarşısını ala biləcək qədər potasium və sodiuma sahibdir. Potasium orqanizmin su balansını tənzimləmək üçün sodiumla birlikdə çalışır və qan təzyiqinin normal qalmasına kömək edir. Yüksək qan təzyiqi olanlar gündə bir şaftalı yeməklə özlərini qoruya bilər.
Qan azlığına qarşıdır
Şaftalı xüsusən qırmızı qan hüceyrələrinin artmasına yardımçı olan maqnezium, fosfor, sink, mis, marqanes, dəmir və kalsiuma malikdir. Tibb mütəxəssisləri dəmir çatışmazlığının yaratdığı qan azlığına qarşı şaftalı kimi dəmirlə zəngin qidalar tövsiyə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya