Hamiləlikdə vurulan vaksinin dölə zərəri varmı? – Həkimdən izah
Fidan Həmişəyeva
11:31 26.08.2021
Sağlamlıq
826
Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanları əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Bu ilin yanvar ayından başlayaraq ölkə ərazisində vaksinasiya prosesi davam edir.
Koronavirus əleyhinə vaksinə görə əks göstəriş sertifikatının kimlərə veriləcəyi geniş müzakirə mövzusuna çevrilib. Ən çox müzakirə olunan mövzulardan biri isə hamilə qadınlara vaksinin mənfi təsirinin olub-olmamasıdır.
Hamilə qadınlara vaksinin hansısa mənfi təsirlərinin olmadığını deyən cərrah mama-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a bildirib ki, bununla bağlı 2232 hamilə qadın üzərində yeni araşdırma aparılıb:
“Həmin qadınları vaksin olanlar və olmayanlar kimi 2 qrupa bölüblər. Məlum olub ki, vaksin vurduran hamilələrdə hansısa ağırlaşma olmayıb və koronavirusa yoluxmaları daha azdır. Araşdırma onu göstərir ki, hamiləlikdə vurulan vaksinin dölə hansısa zərəri yoxdur. Xüsusilə, ölkəmizdə “Delta” ştammı sürətlə yayılır.
Nəzərə alsaq ki, koronavirusun bu növü daha təhlükəlidir və hamilələr də bu ştamma tez yoluxa bilərlər. Deyilir ki, sentyabrın 1-dən hər kəs vaksin olunmalıdır, ancaq hamilələr istisnadır.
Lakin bütün xəstələrimə vaksin vurdurmaqlarını məsləhət görürəm. Təbii ki, bu istəklə bağlıdır, xəstəlikdən effektiv qorunmaq istəyirlərsə, vaksin olunsalar, daha yaxşıdır. Çünki vaksinasiyanın uşağa və anaya hansısa zərərinin olmadığı sübut edilib”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm