Həkim: “Mü” ştammı Azərbaycanda da yayılacaq” - VİDEO
10:33 08.09.2021
Sağlamlıq
513
“Koronavirusun “Mü” variantı “Delta” qədər yoluxucu və öldürücü gücə malik deyil”.
Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O, insanları “Mü” variantına görə təşvişə düşməməyə çağırıb:
“Heç bir həkim xəstəyə baxıb onun “Mü” və ya başqa varianta yoluxduğunu deyə bilməz. Bunu yalnız molekulyar genetik üsulla müəyyənləşdirmək olar. Lakin hansısa əlamətlərin üstünlük təşkil etməsinə görə zamanla onu ayırd edə bilərik. Məsələn, “Delta” variatında daha çox boğaz, baş ağrısı, burun tutulması qeydə alınır. Düzdür, bu əlamətlər klassik COVID-19-da olur. Sadəcə olaraq, “Delta”da sözügedən əlamətlər daha çox üstünlük təşkil edir”.
V. Cavadzadə bildirib ki, bu variantın ölkəmizə gəlmə ehtimalı yüksəkdir:
“Ölkəmizdə “Mü” variantına rast gəlinib-gəlinməməsini laborator nəticələrə əsasən deyə bilərik. Hazırda isə bununla bağlı açıqlama yoxdur. Güman edirəm ki, dünyanın 40 ölkəsində və bizə yaxın ölkələrdə yayılıbsa, gec-tez bizdə də yayılacaq. Lakin təşvişə düşməyə ehtiyac yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya