Həkim razılaşmır:“Brilliant xanımın məsləhəti yanlışdır”
Yusif Sultanoğlu
15:30 08.09.2021
Sağlamlıq
1401
Xalq artisti Brilliant Dadaşova ailə üzvləri ilə birgə koronavirusa yoluxub. Bu barədə müğənninin özü açıqlama verib və sağaldığını söyləyib. Sənətçi həmçinin ona resept yazan həkimdən söz açıb. Ciddi dərmanlardan imtina etdiyini, xəstəxanaya getmədiyini bildirib. İzləyicilərinə vərəq-vərəq resept yazan həkimlərdən uzaq olmalarını məsləhət görüb.
Mözvu haqda “Sherg.az”a danışan tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı deyib ki, həkimlər protokol qaydalarına əsasən müalicə resepti yazır:
“Ürəkləri istədiyi kimi resept hazırlaya bilməzlər. Ümumiyyətlə, həkimləri təlimatlandıran qaydalar mövcuddur. Tək koronavirusda deyil, bütün xəstəliklərdə belədir. Bu qaydalar xəstəliyin gedişatına, dinamikasına, yeni kəşf olunan göstəricilərinə görə, dəyişir. Bunu da mütəxəssislər hazırlayır, dünya həkimləri üzərində işləyirlər.
Hansısa problem yarananda araşdırılır, protokoldan kənara çıxıb-çıxmadığı öyrənilir. Təbabət paradokslarla dolu elmdir, burada xəstələrə fərdi yanaşmaq lazımdır.
Koronavirusun müalicəsi də protokola uyğun aparılır. Brilliant xanımın müalicəsini necə yazıblar xəbərdar deyiləm. Yeni virus olduğu üçün proqnoz vermək çətindir. Kimisi yüngül, kimisi ağır keçirir. Həkim bütün bunları nəzər alır, koronavirus xəstəliyinin gedişatına uyğun xəstəni müalicə edir. Məhz, antibotiklər birbaşa venaya vurulur. Çünki proses ağ ciyərlərin yuxarı paylarındadırsa, digər seqmentlerə keçməsinin qarşısı alınmalıdır.
Reanimasiyaya düşməməsi üçün dərmanlar qəbul etməlidir. Koronavirusa yoluxan xəstələrdə başqa problemlər də yaranır. Məsələn, qanda tromblaşma, laxtalanma və sair.
Soruşula bilər ki, korona xəstəsiyəm, niyə laxtalanma əleyhinə dərmanlar vurulur? Fəsadların qarşısını almaq məqsədilə. Söhbət kompleks müalicədən, orqanizmin qorumasından gedirsə, əhatəli resept yazılmalıdır. Kim edər-etməz öz işidir. Həkim də, pasientin özü də xəstəliyi necə keçirəcəyini bilməz. Biz pandemiya ilə mübarizədə həkimlərimizi də itirdik.
Daim xəstələrlə təmasda ola-ola, əsl qəhrəmanlıq göstərdilər. Həkimlərimiz fədakardılar, ölüm təhlükəsi olduğunu bilə-bilə mübarizə apardılar. Pasientlər sabah nəsə olanda da həkimi günahlandırırlar, deyirlər, filan dərmanı yazmadı.
Bir də Brilliant xanımın başqalarına məsləhət verməsi yanlışdır. O yüngül keçirib, digərlərində başqa xəstəliklər də ola bilər. Hər kəsin orqanizmi fərqlidir. Kimsəyə tövsiyə vermək olmaz. Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi protokoldur. Həkimlər də ona uyğun çalışırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə