Həkimdən etiraf:“Təcili yardım xəstəni qorxudurdu ki...”
Fidan Həmişəyeva
11:03 24.08.2021
Sağlamlıq
802
Son günlər təcili tibbi yardıma əlçatımlılıq və onların işi barədə şikayətlər artıb. Məlumdur ki, vətəndaşların ən çox narazı qaldığı məqam təcili yardım briqadasının gec gəlməsidir. Hətta bu hal dəfələrlə təkrarlanıb. Budəfəki şikayət isə tamamilə fərqlidir. Adının çəkilməsini istəməyən oxucumuz bildirir ki, ölkəmizdə koronavirusun kəskinləşdiyi bir zamanda təcili tibbi yardım nəinki gecikib, ümumiyyətlə vətəndaşa xidmətdən imtina edib.
39 dərəcə temperarturda olan xəstə üçün briqada çağırılsa da, vətəndaşa cavab olaraq bu sözlər deyilib: “39 dərəcə o demək deyil ki, həmin şəxs COVİD-dir. Temperatur ancaq 40 olduqdan sonra gələ bilərik”.
Səhiyyə sistemindəki bəzi neqativlikləri zaman-zaman müşahidə etmişik. Lakin bu dəfəki olay tamamilə məsuliyyətsizlik və özbaşınalıqdan xəbər verir desək, yanılmarıq.
Baş verənləri “Sherg.az”a dəyərləndirən ictimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli söyləyib ki, bu zamana qədər səhiyyə sisteminin naqislikləri barədə çox danışsaq da, heç bir müsbət dəyişiklik baş vermir:
“İndi Səhiyyə Nazirliyi, TƏBİB və onun törəmələri arasında konkret olaraq rəqabət getdiyini müşahidə edirik. Ancaq təcili tibbi yardım vətəndaşın çağırışına mütləq cavab verməlidir. 39 dərəcə temperatur adi bir hal deyil. Təcili tibb yardım birmənalı olaraq vətəndaşın çağırışına dolğun cavab verməlidir. Çünki 39 dərəcəni aşmış temperatur xəstədə və onun çevrəsində həyəcan yaradır. Xüsusilə, insanlarda COVİD-19 qorxusu var. Son zamanlarkı təbliğat da bu istiqamətdə qurulur ki, insanları qorxutmaq olmaz.
Təcili tibbi yardımla bağlı mən də xoşagəlməz hadisə ilə qarşılaşmışam. Temperaturlu xəstə üçün gələn təcili tibbi yardım “bu xəstə COVİD 19-a yoluxub” deyirdi. Amma heç bir test aparılmadan, təhqiramiz ifadələrlə xəstəni qorxudurdular. Ümumiyyətlə, belə hallar səhiyyə sistemimizdəki naqislikləri, ayrı-ayrı səhiyyə sturukuturlarının vətəndaş qarşısında məsuliyyətsizliyidir”.
Z.Məmmədli qeyd edib ki, səhiyyə sistemimiz vətəndaşın sağlamlığına effektiv xidmət etməli olduğu halda, əlavə stressə səbəb olacaq hallara yol verir:
“Səhiyyəmizdə ciddi islahatlar aparılmalıdır, vətəndaş qarşısında məsuliyyət dərəcəsi yüksəlməlidir, insanları incidən addımlar yolverilməzdir. Mövcud qanunlarımızda da var ki, bununla bağlı müəyyən məsuliyyət müəyyən olunub. Təəssüf ki, heç bir cavabdehlik yoxdur və məsuliyyət hiss olmadığı üçün belə hallar yaşanır. Səhiyyə sahəsində ciddi islahatlar olmasa, belə neqativ hallar və epizodlar zaman-zaman təkrarlanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm