Kök adamlar daha təhlükədədir
02:29 21.05.2021
Sağlamlıq
1372
Yuxusuzluq infarkt və şəkər riskini artırabilər
"Gecə oyaq qalanlarda diabetə yoluxma ehtimalı altı qat artır"
"İnsanlar axşam saat 11-də yatsalar daha məqsədəuyğun olar. Səhər isə ən gec halda 7-də durması məsləhətdir"
Aparılan elmi araşdırmalara əsasən, tədqiqatçılar hesab edir ki, normal bir vaxtda yatmaq və erkən oyanmaq insanlarda diabet və ürək xəstəliklərinin inkişaf risklərini azaltmağa kömək edə bilər.
Tədqiqatçılarr hesab edir ki, yuxu rejiminə riayət etməmək kök insanlar üçün xüsusilə təhlükəlidir. İngilis mətbuatı "Daily Mail"də yer alan xəbərə görə, Napoli Universitetinin II. Federiko mütəxəssisləri insanların oyanma və yatma saatlarında onların orqanlarında baş verən prosesləri araşdırıblar. Onlar iddia edirlər ki, gecə oyaq qalanlarda diabetə yoluxma ehtimalı altı qat artır. Səhər gec oyananlarda isə ürək xəstəliyinə tutulma ehtimalı dörd dəfədən çoxdur.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən həkim-allerqoloq Şahvələd Məmmədov deyib ki, ümumiyyətlə, insanlar yuxu rejiminə riayət etməlidirlər. O qeyd edib ki, yuxusuzluq nəinki infarkt və şəkər riskini, həmçinin bir çox ürək-damar xəstəliklərinin riskini artırır:
"Təbii ki, yuxu rejiminin pozulması həm də beyin qan dövranının pozğunluğuna gətirib çıxarır. Həmçinin insult riskini də artırır. Buna görə də yuxu rejiminin tənzimlənməsi çox vacibdir. Hesab edirəm ki, bu məsələyə hər bir insan yaşından asılı olmayaraq çalışdığı qədər əməl etməlidir. Ümumiyyətlə, insanlar axşam saat 11-də yatsalar daha məqsədəuyğun olar. Səhər isə ən gec halda 7-də durması məsləhətdir. Qeyd edim ki, 8 saatlıq yuxu rejimi qəbul olunmuş bir rejimdir".
Ş.Məmmədov qeyd edib ki, bu günləri insanlarda çox hərəkətsizlik var:
"İnsanlar qida rejimlərinə xüsusilə diqqət yetirməlidirlər. Xəstələrimizə daim məsləhət görürük ki, ümumiyyətlə, 7-dən sonra yemək yeməsinlər. Qida rejimini mütləq tənzimləsinlər ki, yatarkən onlara rahat olsun. Yuxusuzluğun bir çox səbəbləri var. İnsan var ki, məcburiyyətdən yuxusuzdur, yəni onların iş qrafiki elədir. İnsan da var ki, bir çox xəstəliklər səbəbindən yuxusuzluqdan əziyyət çəkir. Qeyd edim ki, xüsusən kök insanlarda yuxusuzluq infarkt və şəkər riskini artıra bilər. Onlar bu məsələdə xüsusilə həssas olmalıdırlar. Çox təəssüf ki, bu günləri yuxu pozğunluğundan ən çox bizim cavanlarımız əziyyət çəkir. Çünki müasir texnologiyalardan istifadə istənilən halda gənclərdə yuxu pozğunluğu yaradır. Yaxud da ki, heç o cür vərdişi olmayan orta yaşlı nəslin insanları da məhz bu səbəbdən yuxu pozğunluğundan əziyyət çəkirlər. Nəticədə bir çox hallarda yuxusuzluq stresə gətirib çıxarır ki, bu da orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olur. Ümumiyyətlə, hesab edirəm ki, 21-ci əsrin ən böyük bəlası yuxu pozğunluğudur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə