Koronavirusa yoluxma sayı artır! – Qapanmalara gediləcəkmi?
Yusif Nəzərli
13:11 18.08.2022
Sağlamlıq
720
“İndiki durum insanlarda psixoloji sarsıntı yaradır”
“Qapanmaların da bunun üzərinə gəlməsi vəziyyəti daha da ağırlaşdırır”
Dünyada hazırkı epidemik vəziyyət hamının maraq dairəsindədir. Meymunçiçəyi xəstəliyi bütün Avropa və ABŞ-da sürətlə yayılır. ÜST dünyanın 50-dən çox ölkəsində yoluxma hallarının aşkar edildiyini bildirib. Həmçinin ötən gün qonşu ölkə İranda da meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı müəyyən edilib.
Digər tərəfdən koronavirusa yoluxanların sayı da intensiv şəkildə artmağa davam edir. Dünən Azərbaycanda 700-dən çox insan koronavirusa yoluxub. Aktiv xəstələrinin sayı 3 427 nəfər təşkil edir.
İndiki məqamda qapanmaların olub-olmayacağı müzakirə mövzusudur. Həkim-pulmonoloq Əsəd Beydullayev bu barədə “Sherg.az”a bildirib ki, yoluxmalar artsa da, qapanmalara ehtiyac olduğunu düşünmürəm:
“Çünki artıq cəmiyyətimiz bu sahədə müəyyən maariflənmə səviyyəsinə çatıb. Qabaqlayıcı tədbirlərlə bağlı məlumat verilərsə, düşünürəm ki, insanların bunu qəbul etməsi əvvəlki qədər çətin olmayacaq. Bundan əlavə peyvəndləmələr də ümumi yoluxma saylarının azalmasında bizə kömək edəcək. Məhdudiyyətlərin hansısa ciddi faydası olacağını düşünmürəm. Dövlətin bu barədə hansı addımları atacağını bilmirəm, amma hesab edirəm ki, qapanmalar olmasa, daha yaxşı olar”.
Ə.Beydullayev düşünür ki, qapanmalar insanlarda psixoloji gərginlik yaradır:
“İki ildən artıqdır ki, insanlar epidemik vəziyyətdən əziyyət çəkirlər. Yaxın zamana qədər hər kəs düşünürdü ki, bu problemlər tamamilə bitdi. Lakin yenidən yoluxanların sayında artımın olması insanlarda psixoloji sarsıntı yaradır. Qapanmaların da bunun üzərinə gəlməsi vəziyyəti daha da ağırlaşdırır. Praktik həkim kimi onu deyə bilərəm ki, koronavirusdan ağırlaşan şəxslərin əksəriyyətinin həyatını itirməsi psixoloji sarsıntı fonunda olub. İnsanların ciddi stress keçirmələri nəticəsində orqanizmləri zəifləyib. Bu səbəbdən onların stressini daha da artırmaq doğru deyil. Zənnimcə, sadəcə adekvat tədbirlər görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm