"Lyambda" ştammı təhlükəli ola bilməz
05:38 17.09.2021
Sağlamlıq
482
Professor deyib ki, deyilənlər tamamilə əsassız, yanlış və insanlıq əleyhinə yönələn fikirlərdir
"Lyambda" ştammının patogenliyi "COVİD-19"-dan nəinki yüksək ola bilməz, hətta ondan dəfələrlə zəif olmalıdır
İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet insanları "Lyambda" ştammından aktiv şəkildə qorumalıdır
İnsanlar arasında günümüzün ən çox müzakirə olunan arzuolunmaz məsələlərindən birinə çevrilmiş "COVİD-19"-un "Lyambda" ştammı, hazırda dünyanın 30-dan çox ölkəsinə yayılıb.
İddia olunur ki, "Lyambda" ştammı "COVİD-19"-un digər ştammları ilə müqayisədə istər təbii, istərsə də peyvənd immunitetinə qarşı daha dözümlüdür, eləcə də daha yoluxucu və daha aqressivdir. Orqanizmə düşdükdə onu neytrallaşdırmaq üçün, "Delta" ştammının neytrallaşdırılmasına lazım olan antitellərdən də 1,5 dəfə çox miqdarda antitel tələb olunur. "Lyambda" ştammının patogenliyi o qədər yüksəkdir ki, hətta bu infeksiyanı keçirib təbii immunitet qazanmış və ya peyvənd olunaraq immuniteti formalaşan şəxslərin belə, bu ştamma yoluxma ehtimalı çox yüksəkdir. Yapon alimlərinin fikrincə, buna səbəb, virusun ACE2 reseptorlarına bağlanma sahəsində genom dəyişikliyinə səbəb olan mutasiyanın baş verməsidir. İddia olunur ki, bu genom sahəsində baş verən mutasiya unikal mutasiya olub, "COVİD-19"-un indiyə qədər ki, heç bir mutantında müşahidə olunmayıb.
Tibb elmləri doktoru, professor Musa Qəniyev "Şərq"ə açıqlamasında bildirib ki, bu deyilənlər tamamilə əsassız, yanlış və insanlıq əleyhinə yönələn fikirlərdir. Professor qeyd edib ki, "Lyambda" ştammı "COVİD-19"-un genom fərqliliyi göstərən məlum 24 mutant ştammından biridir. Ana ştamm olan "COVİD-19"-un bütün mutantları, o cümlədən "Lyambda" mutantı da ondan müəyyən xüsusiyyəti (məsələn, yoluxdurma əmsalı) ilə fərqlənməlidir. Əks hal sələfin mutasiyaya məruz qalmamasıdır.
Lakin mutantlar nuklein itkisi və fərqliliyi səbəbindən yarandığına görə, heç bir mutant xəstəliyin daha ağır keçməsi və letallığın yüksək olmasına səbəb ola bilməz. Bu hal virusun məruz qaldığı RNT-nin letallıq mutasiyasının həlledici şərtidir. Əks hal mümkün deyildir. Bildirmək istəyirəm ki, məlum səbəbdən "Lyambda" ştammının patogenliyi "COVİD-19"-dan nəinki yüksək ola bilməz, hətta ondan dəfələrlə zəif olmalıdır. İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet insanları "Lyambda" ştammından aktiv şəkildə qorumalıdır. Bu şəxslərdə də virusa təkrarən yoluxma ehtimalı yalnız 0,002 faiz olmalıdır. Yəni demək istəyirəm ki, gigiyenik qaydalara riayət etməklə, "Covid-19" “xofu”nu birdəfəlik unudun və adi, normal həyatınızı yaşayın".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya