Ölkəyə kifayət qədər keyfiyyətsiz dərmanlar gətirilir
Yusif Nəzərli
07:33 01.10.2021
Sağlamlıq
616
Ekspertlər Türkiyə təcrübəsindən yararlanmağı vacib sayırlar
"Azərbaycanda dərman qeydiyyatı proseduru çox çətin və mürəkkəbdir”. Bunu Milli Məclisin dünən keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat bildirib ki, bu gün dünya ölkələrinin aldığı dərmanları biz ala bilmirik: “Pandemiya bu prosedurun çətin olduğunu bir daha göstərdi.
Avropa dövlətlərində qeydiyyatda olan və işlənən dərmanlar bizdə avtomatik olaraq qeydiyyata alınmalıdır. Qeydiyyat prosedurunun bir iştirakçısı da dərman istehsalçılarıdır. Əhalisi az olan ölkələrdə həmin istehsalçılar belə çətin prosedurlara görə maraqlı deyil. Qeydiyyatda tanıma rejimi Türkiyədə tətbiq edilir. Bu, bizdə də tətbiq edilməlidir. Biz qardaş Türkiyədə qeydiyyatdan keçən dərmanları avtomatik qeydiyyata almalıyıq. "Dərman vasitələri haqqında" qanunda dəyişikliklər etməliyik. Müharibə dövründə biz gördük ki, elə dərmanlar var ki, onlara gündəlik ehtiyac var. Qanunvericiliyə qeydiyyat proseduru ilə bağlı dəyişikliklər etməliyik. Buna payız sessiyasında baxsaq, yaxşı olar”.
Mövzuya münasibət bildirən həkim-infeksionist Mərdan Əliyev "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda bu sahədə bəzi çatışmazlıqlar, nöqsanlar var. Həkim qeyd edib ki, qanunda müəyyən düzəlişlərə və təkmilləşmələrə ehtiyac var:
"Təbii ki, Musa müəllim bunu hər halda bizdən daha yaxşı bilir və o, bu işin daha çox qanunverici tərəfi ilə məşğuldur. Bizim bu sahədə bir sıra çatışmazlıqlarımız mövcuddur, hətta deyərdim ki, çoxdur. Fikrimcə, Avropada, xüsusən də Türkiyədə əgər hansısa dərman maddələri qeydiyyatdan keçirsə, avtomatik olaraq bizdə də qeydiyyatdan keçsə, çox yaxşı olar. Çünki Türkiyədə səhiyyə sistemi çox yaxşı inkişaf edib və onlar dərmanın analitik ekspertiza məsələləri ilə də yaxşı məşğul olurlar. Ora gələn dərmanlar ekspertizadan keçirilir və onun keyfiyyəti daha dəqiq yoxlanılır. Əgər keyfiyyət zəifdirsə, yaxud da uyğunsuzluq varsa və standartlara uyğun deyilsə, o, qeydiyyatdan keçirilmir. Bizdə də bu məsələlərə xüsusi diqqətli yanaşılmalıdır ki, ölkəyə keyfiyyətsiz dərmanlar gətirilməsin. Tam doğrudur, ölkəyə gələn dərmanları bəzi hallarda keyfiyyyətsiz olur. Səhiyyə Nazirliyi, Ekspertiza Mərkəzi bu dərmanın keyfiyyəti ilə ciddi məşğul olmalıdır. Ölkəmizdə qanunsuz dərmanlar kifayət qədər çoxdur, həmçinin qeydiyyatdan keçirilmədən satılan dərmanlar da var. Hesab edirəm ki, bu sahədə yumşalmalar olarsa, o zaman bəlkə də bunun qarşısı alına bilər. Çünki əlavə çətinliklər olmasa sahibkarlar gətirdikləri dərmanları daha rahat şəkildə qeydiyyatdan keçirdə bilər. Əgər qanunlara hər kəs əməl eləsə və qanunla işləsə, heç vaxt qanunsuz və keyfiyyətsiz dərmanlar gətirilməyəcək".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə