Türkiyə Fiziki Tibb və Reabilitasiya Dərnəyi boyun nahiyəsinə müdaxilədən sonra Berat Topayın ölümü ilə bağlı açıqlama yayıb.
Sherg.az xəbər verir ki, dərnək tibbi səlahiyyəti olmayan şəxslərin həyata keçirdiyi “şaqqıldatmaq” kimi müdaxilələrin ciddi sağlamlıq riskləri yaratdığını bildirib.
Qeyd olunub ki, boyun nahiyəsində edilən ani və sərt hərəkətlər damar zədələnməsinə, beyin qanamasına, iflicə və hətta qəfil ölümə səbəb ola bilər.
Dərnək vətəndaşları bu cür müdaxilələrdən çəkinməyə və yalnız ixtisaslı həkimlərə müraciət etməyə çağırıb.
Açıqlamada sərt ifadə də yer alıb: “Ölümə aparan "şaqqıldatmaq" səhlənkarlıq deyil, cinayətdir”.