Özəl xəstəxanaların test analizləri də qəbul olunmalıdır
21:19 08.09.2021
Sağlamlıq
485
TƏBİB, Operativ Qərargah problemlərin qısa müddətdə qarşısını almalıdır
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən yoluxma risklərinin azaldılması məqsədilə bir sıra iş yerlərində COVID-19 pasportunun tələb olunacağını açıqlayıb. Bura peyvənd olunanlara verilən vaksinasiya və ya xəstəliyi keçirənlərə verilən immunitet sertifikatı daxildir. Amma məlumdur ki, ölkədə virusa yoluxub qeydiyyata düşməyən və ev şəraitində sağalanların sayı rəsmi rəqəmlərdən çoxdur. Hətta onlardan bəziləri antitelin miqdarı ilə bağlı qan verərək analiz sənədi əldə ediblər. Lakin çox təəssüflər olsun ki, bu sənədlər dövlət xəstəxanaları tərəfindən qəbul olunmur. Vətəndaşlar bildirirlər ki, özəl klinikalarda 50 manat ödəniş edərək koronavirusa görə qan analizi versələr də, onların nəticəsi barədə məlumat sistemə daxil edilmir.
Özəl xəstəxanaların test analizlərinin cavablarının dövlət xəstəxanaları tərəfindən qəbul olunmamasının düzgün olmadığını deyən tibb elmləri üzrə fəlsəfə doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki, əslində bu, qayda pozuntusudur. O vurğulayıb ki, özəl xəstəxanalara dövlət lisenziya verir və onlar da tibbin qanunları əsasında fəaliyyət göstərirlər:
"Bir məsələni də nəzərə almaq lazımdır ki, bu gün pandemiya ilə mübarizə işinin təşkilində də xeyli qüsurlar var. Bu da istər-istəməz sonda ümumi nəticəyə təsir edir. Bunlardan biri də bu cür texniki məsələlərdir. Hesab edirəm ki, onlar tezliklə yoluna qoyulmalıdır. Bu kimi məsələlərin daim ictimailəşdirilməsi məqsədəuyğundur. Lazımi orqanlar TƏBİB, Operativ Qərargah bu kimi halları araşdırmalı və onlar qısa müddətdə öz həllini tapmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya