Saxta COVID pasportunun satılmasına reaksiya:“Köhnə sistem dağıdılmalı...”
Fidan Həmişəyeva
14:20 23.08.2021
Sağlamlıq
849
Bakıda 4 tibb müəssisəsində saxta COVID-19 pasportu satılması aşkarlanıb. Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib. Həyata keçirilən ilk əməliyyat zamanı müəyyən olunub ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacıları Ü. Abbasova, S.Allahverdiyeva, F.Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Ə.Hüseynova, S.Dadaşzadə və Səbail rayonunda yerləşən 33 saylı Şəhər Poliklinikasının əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri məlum olub.
Qeyd edilən faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Hadisə barədə “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini, ixtisasca həkim olan Həsrət Rüstəmov belə hadisələrin yaşanmasının təəccüblü olmadığını söyləyib:
“Saxta sənədlərin verilməsi və yaxud məmurların qanunazidd fəaliyyəti Azərbaycanın hər sahəsi üçün gözləniləndir. Ona görə tibbi sahədə də belə qanunsuzluqların olacağı bilinirdi. Əsas səbəb odur ki, Azərbaycanda rüşvətxorluğa qarşı deyilənlərin hamısı şüar səviyyəsindədir, heç bir real proqram, bu vəziyyəti dəyişə biləcək platforma yoxdur”.
“Belə halların qarşısını necə almaq olar?” sualına gəlincə, H.Rüstəmov qeyd edib ki, yalnız tibb yox bütün sahələrdə islahatlar həyata keçirilməlidir:
“Bu islahatlar çox sürətli şəkildə aparılmalıdır. Sovetdən qalmış bütün köhnə sistemlər dağıdılmalı və yenisi yaradılmalıdır. Sistem elə qurulmalıdır ki, orada rüşvət vermək ehtiyacı olmasın və ya minimuma endirilsin.
Elə formada sistem qurulsun ki, orada demokratik mühit hökm sürsün. Cəza sistemi ciddi olsa, insanlar rüşvət alıb-verməkdən qorxarlar.
Təhlükəli vəziyyəti aradan qaldırmaq üçün təcili olaraq heç olmasa effektiv təbliğat aparmaq lazımdır. İnsanları maarifləndirmək lazımdır ki, bu işi görməklə özlərini məhv edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm