Şəkidə 6 yaşlı uşaq xəstəxanada qızılcadan ölüb - YENİLƏNİB
Yusif Nəzərli
10:39 06.01.2024
Sağlamlıq
533
TƏBİB Şəkidə azyaşlının xəstəxanada qızılcadan ölməsi ilə bağlı məlumat açıqlayıb.
Qurumdan APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, valideynlərinin söylədiyinə görə, 2023-cü il dekabr ayının son günlərindən Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşlarında öskürmə, yüksək hərarət, halsızlıq, tərləmə əlamətləri olub:
"Hər iki uşaqla bağlı 03.01.2024-cü il tarixində saat 15:16 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edilib, daxil olarkən Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağır olub, ətraflı laborator, diaqnostik müayinələr aparılıb, xəstəyə venadaxili infuziya inhalyasiya olunub, Yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
05.01.2024 tarixində saat 16:00 radələrində Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağırlaşıb. Xəstəyə pediatrın, reanimatoloqun baş həkimlə birgə baxışı keçirilib, əlavə müayinələr, qan analizləri aparılıb, Reanimasiya şöbəsinə köçürülüb. Müşahidələr və müalicələr davam etdirilib. Pnevmoniya ilə ağırlaşmış qızılca diaqnozu qoyulan azyaşlı gecə saatlarında intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub, bütün reanimasyon və intensiv terapiya tədbirlərinə baxmayaraq, azyaşlı 6 yanvar tarixində saat 05:50 radələrində ağciyər-ürək çatışmamazlığından dünyasını dəyişib.
Qardaşı Məmişov Əli İsmayıl oğlu 03.01.2024-cü il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib, xəstə ilk yardım və müayinələrdən sonra Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti orta ağır olub. Xəstənin valideynləri müalicədən imtina edərək onu şöbədən çıxarıblar, daha sonra yenidən Təcili yardım bölməsinə gətiriblər.
Təcili yardım bölməsində xəstəyə yenidən ixtisaslı həkim müayinələri, laborator analizləri və tibbi yardımlar göstərilib, xəstə orta ağır stabil vəziyyətdə təcili yardım briqadası ilə Bakıdakı tibb müəssisəsinə təxliyə olunub".
O da qeyd edilib ki, Şəkinin Sarıca kəndinin tibb məntəqə rəhbəri azyaşlının ailə üzvləri ilə uşaqlarının peyvəndə cəlb olunması zərurəti ilə əlaqədar dəfələrlə profilaktik söhbətlər aparıb, ancaq valideynlər peyvənddən imtina ediblər və bu barədə izahatları da alınaraq sənədləşdirilib.
***
10.23
Şəkidə 6 yaşlı uşaq xəstəxanada ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanvarın 5-dən 6-a keçən gecə rayonun Sarıca kənd sakini, 2017-ci il təvəllüdlü Y. M. müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyşib. Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət