Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır

Uşaqların yatmazdan əvvəl ekran qarşısında vaxt keçirməsi yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.

Sherg.az xəbər verir ki, Karadəniz Texniki Universitetinin Farabi Xəstəxanasının mütəxəssisi Volkan Şahin ekrandan yayılan işığın melatonin hormonunun ifrazını məhdudlaşdıra biləcəyini bildirib.

Onun sözlərinə görə, bu hal uşağın yuxuya getməsini çətinləşdirə və gün ərzində yuxululuğa səbəb ola bilər. Şahin uşaqların yatmazdan təxminən bir saat əvvəl rəqəmsal məzmundan uzaq tutulmasını tövsiyə edib.

Mütəxəssis həmçinin uşağın yaşına uyğun kitab oxumaq və çimmək kimi rutinlərin yuxuya keçidi asanlaşdıra biləcəyini qeyd edib.