Vaksindən sonra yoluxan Sahib Məmmədovdan XƏBƏR VAR
Turan
12:14 30.03.2021
Sağlamlıq
649
Bir müddətdir koronavirusla mübarizə aparan tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov səhhəti ilə bağlı açıqlama yayıb. Hüquq müdafiəçisi bundan sonra ev şəraitində müalicə alacağını deyib.
“Sherg.az” xəbər verir ki, məlum açıqlama S.Məmmədovun oğlu Toğrul Məmmədlinin Feysbuk səhifəsindən paylaşılıb:
“İlk növbədə mənim səhhətimlə maraqlanan, narahatçılıq keçirən, əlindən gələn dəstəyi göstərən bütün şəxslərə təşəkkür edirəm. Hər birinizə minnətdarlıq borcum var. Mən 15 mart tarixindən intensiv müalicə aldığım Bakı Sağlamlıq Mərkəzini tərk etdim.Yumşaq desək çətin müalicə prosesi keçdim və indi də davam edir.Amma müalicəmi bundan sonra evdə davam etdirəcəm. Buna iki səbəb var. Birincisi səhhətimdə nisbi yaxşılaşmadır. Yoluxma nəticəsində yan xəstəliklərin nəticəsi olaraq hələ uzun müddət bərpa prosesi keçməliyəm. Hətta danışanda belə yoruluram deyə hələlk zənglərinizə də cavab verə bilmirəm. İkinci səbəb xəstəxanada yerlərin dolması idi. Xəstəxanlara çox ağır xəstələr gəlir. Bəlkə bu yeni mutasiyadır. Hər halda mən bir palatanı boşaltmaqla həm də yeni xəstələrin qəbul olunmasına imkan yaratdım. Tibbi personal ciddi və ağır yük altındadır. Mən ilk növbədə həkimlərin və aşağı tibbi heyətin əziyyətini qeyd etmək istəyirəm. Onlar çox əziyyət çəkir. Dövlət tərəfindən bütün tibbi ləvazımat, dərmanlarla təminat yüksək səviyyədədir”.
S.Məmmədov ictimaiyyətə çağırış edərək xəstəliyi diqqətə almalarını tövsiyyə edib:
“Vəziyyətin acınacaqlı olmasını nəzərə alın. Saya fikir verməyin. O test sayından asılıdır. Hazırda yoluxma dekabr ayının pik vaxtına yaxındır. Hər 100 testə təxminən 20 yoluxan. Bu çoxdur. Özünüzü və yaxınlarınızı qoruyun. Yoluxan xəstə var ki, bir aydır nəticəsi neqativdir, amma onu hələ də süni nəfəs aparatından ayırmaq mümkün deyil. Mənim kimi heç kəs özünü qoruya bilməyəcək. Təəssüf faydası olmadı. Amma cəhd edin. Alternativ yoxdur. Mən birinci vaksini qəbul edəndən 24 gün sonra yoluxdum. Yoluxan andan müalicəyə başlayın. Bu xəstəliyə yoluxan “mən artıq yaxşıyam” deyə bilmir. Normal vəziyyətdə olan biri bir saat sonra artıq reanimasiyada ola bilər. Hər birinizə sağlamlıq arzu edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat