“Radikal qruplaşmanın məqsədi küçə hərəkatları dinamizmi yaratmaqdır”



“Müxalifətin radikal qruplaşmasının sosial şəbəkələrdə xüsusi təxribatçı dəstələri var”. 

Bunu “Sherg.az”a açıqlamasında tanınmış jurnalist Tural İsmayılov deyib. 

Jurnalist bildirib ki, bu şəbəkənin piarını aparanlar siyasətə yad, siyasi kimliyə və savada zidd olan təhqirləri, söyüşləri, məntiqsiz və arqumentsiz fikirləri tirajlamaqla məşğuldurlar: 

“Onlar sosial medianın müxtəlif məcralarında qərarlaşaraq Azərbaycana qarşı xaricdən idarə olunan informasiya hücumlarının “virtual desantı”na çevrilirlər. Məqsəd alınan tapşırıqla insanlarda meydan və küçə hərəkatları dinamizmi yaratmaq, formalaşan ictimai sabitliyi laxlatmaqdır. 

Xüsusən, son dövrlər iqtidarın həyata keçirdiyi sosial islahatlara ləkə yaxmaq niyyətindədirlər. 

Onlar saxta profillərlə Feysbuk və Tvitterdə nəinki hakimiyyət və iqtidaryönlü insanlara, müxalifətdəki digər insanlara da mənəvi hücumlar edirlər. 

REAL sədri İlqar Məmmədova cəbhəçilərin yazdıqlarına bir baxın. Bu xalqın dövlətçilk şüuru və ictimai sabitliyə qarşı həssas mövqeyi həmişə illərdir müxalifət tiraniyasından təqaüdə getməyi düşünməyən Əli Kərimliyə və xaricdə pulla yetişdirilən qruplaşmalara qarşı sipər olacaq”. 

İsmayıl