Tbilisidə müxalifət etiraz aksiyası keçirir



Tbilisidə Daxili İşlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə yenidən aksiya başlayıb.

AZƏRTAC xəbər verir ki, bu sayca 18-ci aksiyadır. Bu gün aksiyada yazıçı və şairlərin çıxışları olub.

Hazırda parlament binası qarşısında minə yaxın iştirakçı var və onların sayı artır.

Təşkilatçılar tələbləri yerinə yetirilməyənə qədər dinc aksiyaları davam etdirəcəklərini bildiriblər.

Təhlükəsizlik baxımından mərkəzi Rustaveli prospekti bağlanıb.