İraq parlamenti xarici qüvvələrin ölkədən çıxarılmasının lehinə səs verib



Yanvarın 5-də İraq parlamentinin Nümayəndələr Şurasının təcili iclası keçirilib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, iclasda qəbul olunan qətnamədə deputatlar hökumətdən xarici qüvvələrin ölkə ərazisindən çıxarılmasını və beynəlxalq antiterror koalisiyası ilə bağlanmış təhlükəsizlik müqaviləsi çərçivəsində əməkdaşlığı dayandırmasını tələb ediblər.