Sabir Rüstəmxanlının namizədliyi təsdiq olundu

"61 saylı Neftçala seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyim təsdiq olundu və bu gün Qeydiyyat vəsiqəsini aldım".

Sherg.az xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı özünün feysbuk səhifəsində yazıb. S. Rüstəmxanlı daha sonra qeyd edir: "Mənə yardımçı olan və namizədliyim üçün imzalarını əsirgəməyən bütün neftçalalıra dərin təşəkkürümü bildirirəm. İnanıram ki, onlar seçki günü də eyni fəallıgı nümayiş etdirəcəklər".

Turan