İki deputat namizədliyini irəli sürmədi

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində beşinci çağırış Milli Məclisin daha iki bitərəf deputatı - Elxan Süleymanov və Valeh Ələsgərov iştirak etməyəcək.

85 saylı Şamaxı Dairə Seçki Komissiyasından Modern.az-a bildirilib ki, bu günə kimi 24 nəfər sənədlərini DSK-ya təqdim edib:

"Yalnız 3 nəfərin namizədliyi qeydə alınıb. Budəfəki seçkilərdə Elxan Süleymanov iştirak etmir.

102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasından isə bildirilib ki, bu günə kimi komissiyaya 14 nəfər sənəd təqdim edib:

"Onlardan 3 nəfərin namizədliyi qeydə alınıb. Valeh Ələsgərov sənədlərini təqdim etməyib. O, seçkilərdə iştirak etmir.

Qeyd edək ki, hər iki deputat bitərəfdir.