ATƏT DTİHB-nin onlayn məlumat bazası yaradılacaq



2020-ci ildə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) onlayn məlumat bazası yaradılacaq.

APA-nın xəbərinə görə, bu barədə bu gün Bakıda keçirilən mətbuat konfransında ATƏT DTHİB-nin ali seçki mütəxəssisi Vladimir Misev bildirib.

O qeyd edib ki, ATƏT-in 57 ölkədə, o cümlədən Azərbaycanda keçirilən seçkilərlə bağlı qiymətləndirmələr, tövsiyələr və həmçinin bu tövsiyələrin statusu ilə bağlı məlumatları bu bazada öz əksini tapacaq.