Pənahovdan deputatlığa namizədlərə çağırış: “Əmlaklarınızı gizlətməyin!”

Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidirlər.

Bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

O deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir:

“Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.