557 nəfərin namizədliyi qeydə alındı

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə bağlı 2330 nəfər müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, onlardan 2203 nəfərin namizədliyi təsdiq olunub:

“2075 nəfər imza vərəqi götürüb. 875 nəfər imza vərəqələri qaytarıb. Bu günədək 557 nəfərin namizədliyi qeydə alınıb”.

M.Pənahov bildirib ki, namizədliyi qeydə alınanlardan 144-ü 14 siyasi partiyanı təmsil edir. 5 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədərdən 408-i namizədliyi fərdi qaydada irəli sürülüb. Ümumilikdə, 557 nəfər arasında 19 siyasi partiyaya mənsub olanlar var”.

MSK sədri onu da bildirib ki, namizədliyin qeydə alınması üçün müddət 3 gündən sonra başa çatacaq:

“Yanvarın 10-u, saat 18:00-dək sənədlər DSK-lara qaytarıla biılər. Hazırda dairə seçki komissiyalarında kifayət qədər sənədlər var. Artıq 1 yerə 5 nəfər iddia edir. Yəqin ki, bu say daha da çox olacaq”.