Parlamentdə siyasətçilər, hüquqşünaslar və iqtisadçılar daha çox olmalıdır – RƏY

“Seçki prosesi daha çox siyasətçilərin işidir. Namizəd özü siyasətçi olmasa belə, seçki qərargahında mütləq şəkildə peşəkarlar olmalıdır”. 

Sherg.az-ın xəbərinə görə, bunu “Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli deyib. 

Redaktor bildirib ki, partiya funksionerləri seçki kampaniyasını daha uğurlu aparırlar: 

“Seyid cəddinə arxayın olan kimi jurnalist də qələminə, imzasına və məşhurluğuna arxayın olmamalıdır. Parlamentdə əsasən, siyasətçilər, hüquqşünaslar, iqtisadçılar təmsil olunmalıdır. Jurnalistlər də parlamentdə təmsil oluna, yeni ideyalarla çıxış edə bilərlər. Amma idmançıların təmsilçiliyi müsbət heç nə vəd etmir. Məsələn, “krışa” gücünə siyasətçini “məğlub edib” mandat almaq istəyən qulağı qırıq güləşçi, sambo çempionu qanunverici orqanda nə edəcək?! Çoxu heç tərcümeyi halını yaza bilmir”.