Zəlimxan Məmmədli: “O, məntəqələrdə süni gərginlik yaradılır”

“Nümunəvi seçki məntəqələri də var. 20-dən çox məntəqədə şəxsən özüm müşahidələr aparmışam”. Bunu Sherg.az-a açıqlamasında 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd, “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib. 

Namizəd vurğulayıb ki, əksər məntəqələrdə proses çox sakit gedir və heç bir şikayət nəzərə çarpmır: 

“Müşahidəçilər nəzarəti normal həyata keçirirlər. Komissiya üzvləri də öz yerindədir. Lakin 316 saylı bağçada və 95 saylı məktəbdə yerləşən 6 seçki məntəqəsində ciddi şəkildə pozuntu meyilləri var. SOCAR-ın işçiləri seçki prosesinə müdaxilə edirlər. Bir seçki məntəqəsində prosesi izləmək üçün 20-dən çox müşahidəçi göndərirlər. Bununla bağlı müəyyən profilaktik işlər görmüşük. Digər tərəfdən seçki qutuları standart deyil. Bir məntəqədə qutu böyük və şəffafdırsa, digərində balaca və qeyri-şəffafdır. Konkret 95 saylı məktəbdə yerləşən məntəqələrdə süni gərginlik yaradılır. Müşahidəçilər isə neqativ halları aşkar etməyə yox, əksinə gizlətməyə çalışırlar”.