“Azərbaycan Prezidentinin təşəbbüsü qlobal əhəmiyyətlidir” – AKTUAL 

 “İndiki çətin dövrdə ayrı-ayrılıqda yox, kollektiv addımlar atmaq üçün bir təşəbbüs lazım idi

“130-dan çox ölkə prezidentimizin bu təşəbbüsü dəstəkləməsi onun imicindən xəbər verir”



Məlum olduğu kimi Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Artıq 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar.

Təşəbbüsü “Sherg.az”a şərh edən politoloq Fikrət Sadıqovun fikrincə, dövlət başçımızın təşəbbüsü qlobal əhəmiyyətlidir:  

“İndiki çətin dövrdə ayrı-ayrılıqda yox, kollektiv addımlar atmaq üçün bir təşəbbüs lazım idi. Dövlət başçımız bunu çox yaxşı başa düşürdü. Onun təşəbbüsü uzaqgörənliyinin nəticəsidir. Pandemiyaya qalib gəlməkdən ötrü birgə  və sistemli səylər tələb olunur. İnanıram ki, videokonfrans uğurla keçəcək. Dövlət başçıları fikir mübadiləsi aparacaq, bir-birilərinin təcrübələrindən istifadə edəcəklər. Onu da deyim ki. 130-dan çox ölkənin prezidentimizin bu təşəbbüsü dəstəkləməsi onun imicindən xəbər verir. Bu, dövlət başçımızın nüfuzunun bariz nümunəsidir”.