“Paşinyanın Rusiyaya siyasi isteriyası davam edir” - Hərbi bazalar çıxarılır ? !

“Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələr “vurulur”” 

“Rusiya isə Ermənistanda siyasi qüvvələrə, xüsusilə hakimiyyətə qarşı yeni təzyiqlərə başlanmasını planlayır”



“Rusiyanın Ermənistana yeni silahlar və havadan müdafiə sistemləri göndərməsi son günlər inkişaf edən Türkiyə-Azərbaycan hərbi əməkdaşlığından qaynaqlanır”. 
Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Analitik bildirib ki, Rusiya bununla yeni mərhələyə qədəm qoyan Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinə qarşı olduğunu göstərir: 

“Hava yolu və Xəzər dənizi vasitəsilə İran ərazisindən göndərilən bu silahların böyük partiyası Gümrüdə “102” saylı hərbi bazaya yerləşdirilsə də, hədəf birbaşa Qarabağ məsələsidir. Xəzər dənizi vasitəsilə İran ərazisindən keçən hərbi yüklər İranın Araz çayında tikdiyi körpü ilə işğal olunmuş ərazilərimizə daşına bilər. Çünki, bu körpü aktiv fəaliyyət göstərir və oradan istifadə edilir.

 Ermənistana göndərilən bu silahların Naxçıvan istiqmətində və işğal olunmuş ərazilərdə yerləşdirilməsi mümkündür. Ermənistan son vaxtlar iki istqamətdə müdafiəni gücləndirir. Göründüyü kimi Ermənistanla aparılan danışıqlar sadəcə imitasiya xarakteri daşıyır. Əlbəttə ki, bu imitasiyanı yaradan Rusiya və Ermənistan tandemidir”. 



Siyasi şərhçi vurğulayıb ki, hazırda Ermənistanda Rusiyaya qarşı Paşinyanın siyasi isteriyası davam edir: 

“Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələr sıradan çıxarılır. Moskvanın fəaliyyəti neytrallaşdırılır. Hətta Rusiya hərbi bazalarının çıxarılması göndəmdədir. Rusiya isə Ermənistanda siyasi qüvvələrə, xüsusilə hakimiyyətə qarşı yeni təzyiqlərə başlanmasını planlayır. Rusiyanın Gümrüdə 102 saylı hərbi bazası regionda Moskanın siyasi-hərbi qərargahıdır və buradan bölgəyə nəzarət edilir. 

Ermənistanda baş nazir Nikol Paşinyan Qərbin dəstəyi ilə güclənərək, anti-Rusiya siyasətini davam etdirsə, onun hərbi qüvvələr tərəfindən devrilməsi reallaşa bilər. Rusiyadakı konstitusiya dəyişilikləri Moskvanın geosiyasi müstəvidə möhkəmlənmək planının tərkib hissəsidir”.