“Erməni faşistləri dinc əhalini terrora məruz qoyur” – ATƏT susur !

“Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün antiterror əməliyyatı keçirməlidir”

“Bəlkə, o zaman erməni faşistlərin dinc əhaliyə qarşı keçirilən terroruna son qoyular” 



“Ermənilər əvvəllər də dinc, mülki əhalini hədəfə alıblar. Atəşkəs dövründə bir çox belə hadisələr baş verib”. 
Bu sözləri “Sherg.az”a siyasi şərhçi Anar İmanov deyib. 
Ekspert bildirib ki, erməni faşistləri hər il mülki şəxslərimizi, qadınlarımızı, uşaqlarımızı öldürürlər: 

“Xüsusilə düşmən müxtəlif  illərdə uşaqlarımıza qarşı şiddətli terror sərgiləyir. Məsələn, 2011-ci il iyulun 15-də ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılmış partlayıcı qurğunu oyuncaq zənn edən Aygün Şahmalıyeva evə gətirib.

“Oyuncaq”la oynayan zaman partlayış baş verib, nəticədə 13 yaşlı Aygün həlak olub, anası isə yaralanıb. Həmin ilin martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində başından ağır yaralanan 9 yaşlı Fariz Bədəlov həyatını itirib.



2015-ci il aprelin 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutması nəticəsində 16 yaşlı Pakizə Məhərrəmli baş nayihəsindən yaralanıb. 2016-cı il aprelin 4-də düşmən Ağdam rayonunun Əhmədağalı kəndini atəşə tutan zaman Qaraş Dadaşov qoyunlarını otararkən həlak olub.

Həmin il aprelin 5-də erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun Həsənqaya kənd sakini, 16 yaşlı Həsənova Turanə dünyasını dəyişib. İyulun 14-də erməni silahlı bölmələrinin açdığı atəş nəticəsindəTovuzun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayeva, onun 8 yaşlı qardaşı Tuncay ağır xəsarət alıblar. 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Quliyeva Zəhra və nənəsi həlak olublar. 2017-ci il avqustun 8-də Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı Ramin Yusifov ağır yaralanıb. Bu gün isə 76 yaşlı bir vətəndaşımız erməni terrorun qurbanı oldu”.

A.İmanovun sözlərinə görə, erməni silahlı birləşmələri mülki şəxslərin evlərini və əkin sahələrini də hədəf alırlar: 

“Tovuz rayonunun Dondar Quşçu kəndinə mərmilərin düşməsi nəticəsində 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib. Hadisə nəticəsində kənd sakini, 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahələrinə ciddi ziyan dəyib.

Ancaq hər zaman olduğu kimi yenə də beynəlxalq təşkilatlar bu faktlara göz yumublar. Beynəlxalq təşkilatların biri elə ATƏT-in Minsk qrupudur. Beynəlxalq təşkilatlar sadəcə quru bəyanatlarla çıxış edirlər.

Halbuki bunun əvəzində biz Ermənistanı pisləyən bəyanatları eşitməliyik. Lakin eşitmirik. Bu, ikili standartların bariz nümunəsidir. Ona görə də sadəcə bir yolumuz qalır.

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün antiterror əməliyyatı keçirməlidir. Bəlkə, o zaman erməni faşistlərin dinc əhaliyə qarşı keçirilən terroruna son qoyular”.