Belə davam edə bilməz ! – “Minsk qrupu buraxılmalıdır”

"Konfliktin həllini BMT-nın Baş Assambleyası səviyyəsinə çıxarılmasına cəhd etməliyik”

“Əks halda, son sözü qüdrətli Azərbaycan Ordusu deyəcək və bizim sözümüz münaqişəyə nöqtə qoyacaq” 




“Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi və qəsdən mülki əhalinin yaşadığı kəndləri atəşə tutması, sakinləri  hədəf götürməsi ilk dəfə baş vermir”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 
Deputat bildirib ki, mülki vətəndaşlarımıza qarşı təxribatı erməni xislətinin, faşist ideyasının, həmçinin, türk-müsəlmanlara qarşı nifrətin təzahürüdür: 

“Xocalıda baş vermiş soyqırımı, ayrı-ayrı bölgələrdə öldürülmüş mülki şəxslərimizi, kiçik Zəhranı xatırlatmaq kifayətdir ki, erməni millətinin əsl siması ortaya çıxsın. Bəzi vətəndaşlarımız bütövlükdə erməni xalqını günahlandırmaq istəmirlər.



Guya erməni xalqı müharibə istəmir, münaqişəni alovlandıran xaricdəki diaspora və yaxud daxildəki daşnak tör-töküntüləridir.

Yox cənablar, elə deyil. Son 100 ildə erməni ideoloqları uşaq doğulandan türklərə qarşı düşmənçilik toxumları səpirlər. Nəticədə ermənilər xalq olaraq zəhərlənirlər. Bu reallığı hamımız birdəfəlik anlamalıyıq. 

Parlament üzvü sərhəddə baş verənlərə reaksiya verməkdən aciz olan beynəlxalq qurumlar haqqında bunları söyləyib: 

“ATƏT və digər beynəlxalq təşkilatların mülki insanlarımızın düşmən tərəfindən hədəf alınmasına susqunluğuna da artıq alışmışıq. Əslində beynəlxalq vasitəçilər çox gözəl başa düşürlər ki, təxribatı törədənlər ermənilər, işğala məruz qalan isə Azərbaycandır.

Ancaq ikili standartlara, xristian təəssübkeşliyinə və geosiyasi maraqlarına görə passiv mövqe nümayiş etdirirlər. Məlum səbəblərdən həqiqəti dilə gətirmirlər. Əlbəttə, belə davam edə bilməz. 30 ildir vəzifəsinin öhdəsindən gələ bilməyən Minsk qrupu buraxılmalıdır. Ən azından bunu etməyi bacarmalıdır.

Konfliktin həllini daha üst müstəviyə, məsələn BMT-nın Baş Assambleyası səviyyəsinə çıxarılmasına cəhd etməliyik. Əks halda, son sözü qüdrətli Azərbaycan Ordusu deyəcək və bizim sözümüz münaqişəyə nöqtə qoyacaq”.