“Düşmən vahimə işərisində özünə havadar axtarır” - Anar Xəlilov

“Məhz bu səbəbdən KTMT adlı quruma müraciət ediblər”

“Lakin təşkilatın digər üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər” 



“Hər birimiz ayıq olmalı təxribatçılara meydan verməməliyik. Xalq olaraq Ali Baş Komandanın ətrafında birləşməli, dövlət başçısının əmr və göstərişlərini yerinə yetirməliyik”. 

Bunu “Sherg.az”a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə İctimai” birliyinin sədri Anar Xəlilov deyib. 

Birlik rəhbəri bildirib ki, Prezident Nazirlər Kabinetinin iclasında daxili və xarici siyasət, ermənilərin Tovuz təxribatı, sosial-iqtisadi inkişaf və gündəmdə olan bütün aktual məsələlərə öz münasibətini bildirdi: 

“Prezidentin geniş, hərtərəfli, cəmiyyətimizi düşündürən bütün suallara öz çıxışı ilə tam dolğun cavab verdi. Hesab edirəm ki, ictimaiyyət Prezidentin çıxışından razı qaldı. Biz daim xalqını düşünən, onun mənafeyi uğrunda çalışan layiqli bir lideri dinlədik. Dövlət başçısının çıxışının əsas mahiyyəti cəbhədə baş verən hadisələrlə və onun ətrafında cərəyan edən proseslərlə bağlı idi. Məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələri hərbiçilərimizə atəş açaraq təxribat törədib.



Nəticədə hərbiçilərimiz və mülki şəxs həyatını itirdi. Allah şəhidlərimizə rəhmət eləsin. Operativ tədbirlər nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi və ağır zərbə vuruldu. Düzdür, düşmən ciddi cəhdlə tələfatlarını gizlətsə də, Müdafiyə Nazirliyimizin yaydığı üç-beş video-görüntülərdən aydın olur ki, düşmənin itkisi daha çoxdur. Cənab Prezidentin bəyan etdiyi kimi şəhidlərimizin qanı yerdə qalmayıb və qisası alınıb. Düşmən vahimə işərisində özünə havadar axtarır. Məhz bu səbəbdən KTMT adlı quruma müraciət ediblər. Lakin Ermənistan istisna təşkilata üzv ölkələrin hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanatlar veriblər”. 

A.Xəlilovun sözlərinə görə, beynəlxalq təşkilatlar və bir çox ölkələr Azərbaycanın yanındadır: 

“Qardaş Türkiyə və Pakistanın, eləcə də İranın erməni təxribatlarını pisləyən bəyanatlarını eşidirik. Ermənistanı isə yalnız bir ölkə, etnik təmizləmə siyasəti ilə türk xalqının qanını axıdan Cənubi Kipr adlı dövlət dəstək çıxdı. Əlbəttə, bizə verilən beynəlxalq dəstəyin arxasında Prezidentin apardığı uğurlu siyasət dayanır. 

Lakin təəssüflər olsun ki, Prezident öz çıxışında Xarici İşlər Nazirliyinin həssas dönəmdə yarıtmaz fəaliyyətinə də toxundu. Ölkə rəhbəri cəbhədə döyüş gedən bir zamanda, şəhidlər verdiyimiz anda, XİN-nin rəhbərinin evdə oturaraq istirahət etməsi faktını qeyd etdi. XİN rəhbəru kimi bu anlarda səfirliklərin rəhbərləri ilə geniş informasiya müharibəsi aparmaq əvəzinə, evdə oturub çay içir. O baxımdan cənab dövlət başçısının fərmanını alqışıayıram. Hesab edirəm ki, yeni XİN rəhbəri Ceyhun Bayramov bu vəzifəyə layiqdir. Amma onu dağıdılımış, korrupsiya yuvasına çevrilmiş bir qurum gözləyir. Fikrimcə, tez zamanda XİN-də uğurlu islahatların şahidi olacağıq”. 

Anar Xəlilov vurğulayıb ki, ölkə rəhbərinin toxunduğu məsələlərdən biri də iyulun 14-də orduya dəstək adlı yürüş və sonda baş verən təxribat oldu: 

“Bəli, bu yürüş xalqın öz Ordusuna, Ali Baş komandanına dəstək yürüşü idi. Bizlər yürüşdə səsləndirilən vətənpərvərlik şüarlarıni eşidirdik. Uzun məsafə qət edən yürüş iştirakçıları Şəhidlər Xiyabanının qarşısına gələrək şəhidlərə ehtiramlarını bildirdilər. Dünyaya bəyan etdilər ki, biz torpaqlarımızı işğalçıya güzəşt etməyəcəyik. Yürüş iştirakçıları himnimizi oxuyaraq dağılışdılar. Bütün yürüş boyu polisimiz onları müşaiyyət etdi və təhlükəsizliklərini qorudu. Lakin, yürüş sona çatandan sonra “5-ci kalon”un təşkil etdiyi təxribatla üzləşdik. Milli Məclisə hücum, polisə müqavimət, zorakılıq və s. əməllərə əl atdılar. Bütün səyləri ilə səbr nümayiş etdirən polislərimiz təxribatın qarşısını peşəkarlıqla aldı. Təxribatçılar sərt qaydada cəzalandırılmalıdır. Bunu müharibə qanunları tələb edir. Cəmiyyətimiz də təxribatçılara qarşı sərt müqavimət göstərməli dövlətə, döyüşən ordumuza kömək etməlidir. İctimai qınaq artırılmalıdır”. 

Birlik rəhbəri bəyan edib ki, gənclərimizin orduya getmək istəmələri barədə də dövlət başçısı düzgün yol göstərdi: 

“Minlərlə gəncimiz Ali Baş Komandanın tövsiyyəsinə uyğun olaraq orduya yazılır. Bu, çox sevindiricidir. Millət olaraq öz torpağımızı azad etmək iqtidarında olduğumuzu bir daha sübut edirik. Güclü, müasir texnika ilə təhciz olunmuş ordumuz var və torpaqlarımızı azad etmək iqtidarındadıyıq. Lazım olduqda, orduya yazılan gənclərimizdən də istifadə olunacaq. Xalq-Prezident birliyi nəticəsində biz tezliklə torpaqlarımızı azad edəcəyik”.