Ermənistanı Rusiyanın orbitinə qaytarmaq istəyinə Azərbaycanla siyasi müttəfiqliyi qurban verməyən liderlər
Rusiyanı küncə sıxaraq onu Azərbaycanla savaşa məcbur etmək ssenarisi unikal layihə idi.90-cı illər hərbi planını təkrarlamaq üçün fürsət açılırdı.Yenidən Bakı və Moskva arasında hərbi toqquşmalar cəmi bir ay əvvəl22 iyunda faşizmə qarşı savaşda 75 illik şərəfli tarixivə vahid səngəri bölüşən iki xalqın bir-birinə düşmən kəsilməsi təkcə İrəvanınyeni revkomlarının deyil, ən azı 3 mühüm siyasi paytaxtın işinə yarayacaqdı.Milyonlarla soydaşımızın taleyi, onların iqtisadi, mədəni, təhsil və eləcə də ailə bağları iləaid olduğu Rusiyada onsuz da pandemiya ilə tarıma çəkilən ictimai mühitdə zərbə alması, onların hər addımda arzuolunmaz şəxslərə çevrilməsi nə boyda itki demək olardı.Halbuki onlar Rusiya dövlətçiliyi əleyhinə mövqe tutmayıblar, əksinə azərbaycanlılar əsrlərlə müstəqil bir ölkənin rifahına və çiçəklənməsinəxidmət ediblər.Azərbaycan dövləti Rusiyada yaşayan, istər ikinci-üçüncü nəsil, istərsə də miqrasiya şərtləri altındakı vətəndaşlarımızı şimal qonşumuzda daim sabitliyə, millətlərarası harmoniyaya səsləyib.Onlar yüksək ideallarla mənəvi, siyasi və vahid bir cəmiyyət halında ruslarla qaynayıb-qarşıb,inteqrasiya ediblər.”İkinci vətən” ifadəsi burada yerinə düşmür.Rusofobiyadan, assimilyasiyadan danışan və Kremldən alınan yüksək orden-medallarda siyasi təbəəlik axtaran liberal demokratiyamız hətta Şnobel mükafatını hakimiyyət uğrunda mübarizədəsinələrinin görkəmli yerindən asır, Strasburq, Brüssel və Vaşinqtondan gələn hərbir dəvəti az qala siyasi şəhadət ünvanı kimi təqdim edirlər.
Təkcəiki il əvvəl öz strateji ağlı və dərin zəkası ilə ölkəsini Moksvada yeni zirvələrə
qaldıran Mehriban Əliyevanın yalnız dünya dövlətlərinin rəhbərlərinə açılan
sütunlu salonlarda keçirdiyi görüşlər, apardığı danışıqlar və forumlar 90-cı illərdən arzuolunmaz periferiyaya
çevrilən və Cəbhəçiliyin gözdən saldığı bir cənub şəhərinin obrazını dəyişməyə
imkan verdi. Bəli, Ermənistanın Rusiyada dayaqları zəiflədikcə, nəinki
Qarabağ münaqişəsinin çözüm perspektivləri güclənir, eləcə də Qafqazda təhlükəsizliyə
edilən təhdidlər də zəifləyir.Bəs elə isə, Azərbaycanın
Qafqazda güclənməsi Moskvanın planlarına zərbə vururmu?
Həmin tezisimüxtəlif vaxtlarda ən azı üç qüvvədövriyyəyə gətirib.Andrey Kozırev və Pavel Qraçov
kimi öz xalqlarının mənafelərinə xəyanət edən nazirlərin dövründə Yeltsinə
verilən raportlarda ölkəmizin neft strategiyası, Qərblə əlaqələri və Türkiyə ilə
hərbi əməkdaşlığa can atması az qala “Troya
əməliyyatı” kimi qələmə verilirdi və Kremlin sahiblərini Bakıya qəzəblə
baxmağa vadar edirdi.Lakin burada məqsəd diplomatik və hərbi sənaye kompleksi rəhbərlərinin
külli miqdarda silah-sursatı Ermənistana ötürməklə silinən böyük miqdarda
oğurluq texnologiya və texnikalardan öz paylarını götürməsi idi.Təsadüfi deyil
ki, 102-ci hərbi bazanın Gümrüdə yerləşdirilməsi
və həmin dislokasiyada strateji uzaqmənzilli raketlərin yerləşdirilməsi də 1995-cı
ilin 16 martında baş vermişdi və Qraçov bir neçə günlük voyajdan sonra təntənəli şəkildə
cənub cinahında Türkiyə, İran və Qərbin
Qafqaza qarşı hərbi planlarına sədd çəkdiklərinə dair bəyanatlar vermişdi.Üstündən
iki il keçməmiş Lev Roxlin, Dumanın Hərbi məsələlər üzrə Komitə sədri həmin əməliyyatların
arxasında gizlənən 100 milyonlarla dollarlıq maraqları tamamilə ifşa etdi və
Heydər Əliyevin təkidli tələbindən sonra Yeltsinin yaratdığı komissiya cinayətlərin üstünə düşdüyündən hərb
partiyasının böyük pulları mənimsəyən üzvləri daha da azğınlaşaraq Roxlini
ailə üzvünün əli ilə aradan götürdülər.İndi həmin qanlı tarix o vaxtkı rejimin
üzündə bir ləkə kimi qalır.Lakin Putin dövrü tamam başqa oldu.
Azərbaycanın Qafqazda
güc mərkəzinə çevrilməsinin təhlükəsindən bəhs edən 2-ci qüvvə təbii ki,
Ermənistandır.Onlar ən azı regionda 3 paytaxta bu haqda müxtəlif konspirativ arayışlar daşıyır, Bakının
işğal reallığından, humanitar yükdən azad olan kimi cilovlanmaz olacağını, ambisiyalarının Dərbənddən İrəvana,
Keşikçidağdan Təbrizə qədər böyük bir zolaqda artacağını, keçmiş əraziləri
geri qaytarmaq planının icrasına başlayacağına dair açıq-aşkar xəyal məhsullarını
əleyhimizə yönəldirdilər.Lakin Moskvaya,
Tehrana və Tiflisə gedən şifrəli yazılar, o cümlədən daxilimizdə yerləşdikləri
casusların əliylə informasiya məkanına ötürülən dezinformasiyalardiplomatik paytaxt olmağa can atan,
NATO və Rusiya generallarına etibarlı görüş yerinə çevrilən Abşeron yarımadasını gözdən sala bilmir.
Ölkəmizin Qafqazın əsas hərbi-siyasi güc halına gəlməsini
Moskva əleyhinə proyektə çevirən 3-cü tərəf
Qərb dairələridir.Uzun illər TRASEKA-dan başlayan,“Yaxın Qonşuluq”dan keçən,
“Şərq Tərəfdaşlığı”na qədər inkişaf edən və Ukraynanın başının bəlasına çevrilən
Assosiativ üzvlük planının gerçəkləşməsi ideyasına xidmət edən faktiki planın
adı “antirusiya qurşağı”dır,
postsovet məkanına derusizasiya etməyə
və gələcəkdə Atlantik Alyansınınhərbi
strukturlarını sözügedən ərazilərə daşımağa xidmət edən startegiyadır.Belə
konsept qlobal toqquşma deməkdir vəKreml strateqlərini müxtəlif qabaqlayıcı tədbirlərə
vadar edir.
Lakin Azərbaycan 90-cı illərdən fərqli olaraq, Rusiya əleyhinə forpost olmaqdan yan keçərək Əliyevin məharətli manevrləri ilə siyasi aysberqlərlə toqquşmurvə şimal qonşuluğunda qeyri-sabitlik, parçalanma və etnik separatizmin körüklənməsi əməliyyatlarında iştirak etmir.Bəs onda biz rusları necə inandıra bilərik ki, onlar “vahid hava məkanı təhlükəsizliyi aktı” ilə imzaladıqları sənədin tələbindən çıxış edərək, bizim üzərimizə gəlməyə məcbur olmasınlar.
Əslində, 2016-cı ildən sonra Azərbaycanın regionda mənəvi-siyasi və hərbi cəhətdən qalxınması dərhal
geopolitik balansı dəyişdirmək istəyənlərin əlinə fürsət verdi və onlar
Almaniyadan sonra dünyada 2-ci böyük ərazi və personala malik ABŞ-ın Ermənistandakı
səfirliyi hesabına dərhal cəmiyyətin kəskin dəyişən ovqatını siyasi hakimiyyətin
devrilməsinə transfer etdilər.Bəllidir ki, Qarabağda
hətta bir səngərin belə yerinin dəyişməsi avtomatik olaraq, regiondakı əsas mərkəzlərin
nüfuz və güc nisbətinə təsir edir.Nəticədə erməni cəmiyyətinə dərindən
nüfuz edən donor institutları və inqilab menecerləri Sarkisyanı yıxaraq
Paşinyanı hakimiyyətə gətirdilər.Öz-özlüyündə Gürcüstandan sonra ikinci bir
demokratiya adasının keçmiş sovet məkanında meydana çıxması burada yerləşən və
fərqli idarəçilik sistemlərinə malik olan ölkələrdənarazılıqla qarşılanmışdı.Lakin
Ermənistan üzrə kuratorlar görünür, Moskvada belə bir əminlik hasil etdilər ki,
Azərbaycanın əlini gücləndirəndə mütləq
Qafqaz ücbucağı trillemaya çevrilir və çözülməz olur.Sanki tektonik
süxurlarda gedən proseslərdir-bir nöqtəyə toxunursan, mütləq digər koordinat
sistemində silkələnmə yaradır.
Halbuki, Azərbaycanın
2016-cı ilin aprel müharibəsindən qalib çıxması onun Qərbin təsiri altına düşməsinə,
yaxud ən azı Liviya, Ukrayna və Yaxın Şərq cəbhəsində gerçək hərbi savaşda
olan, eləcə də ABŞ və Avropa Birliyininin ağır iqtisadi-maliyyə sanksiyalarına
məruz qalan rəsmi Moskva ilə münasibətlərinə
zərrə qədər mənfi təsir göstərmədi, əksinə ondan sonra Putin-Əliyev münasibətləri
daha da möhkəmləndi və Soçidə “Qarabağ Azəbaycandır!” şüarının bütün dünyaya səslənişinə
böyük meydan açan və dünya erməniçiliyinə zərbə olan aktadək irəlilədi.Qeyd
etdiyimiz kimi, ardınca Mehriban xanımın
Rusiyaya dövlət səfəri öz tarixi ərzində xanım siyasi liderin bir Şərq ölkəsinin-Azərbaycanın dünyanın güc mərkəzlərindən
birində mövqelərinin yeni səviyyə
qaldırılmasına səbəb oldu.
İndi Rusiyada
Ermənistanın mövqelərinin zəiflədilməsi, ən pis halda neytral, ən yaxşı
durumda ölkəmizin hərbi və siyasi qərarlarına anlayış və dəstəyin göstərilməsi
on illər ərzində Əliyev kursunun
doğruluğunu sübut etdi və Rusiyaya ultimatum göndərən, onu özlərinə borclu
sayan, 100 illik tarixdə öz siyasi və iqtisadi varlığının əvəzini strateji
seçim anlarında həmişədigər pataxtlara
yön almaqla qaytaran bir dövlətə layiq olduğu münasibətin nümayiş etdirilməsilə
nəticələndi.Bəhrəsini indi özləri də dərirlər.RT rəhbəri Marqarita Simonyan ona
görə Paşinyana sərt sillə vuraraq, “sayları
azalan bir millət”in hayqırtısını dünyaya yaydı.Erməni Baş naziri son çıxışında
Tavuş istiqamətində Azərbaycanın hərbi həmləsinin diasporanı, Qarabağ və İrəvan
triadasını bir ailə kimi möhkəmləndirdiyini iddia edir.Halbuki Simonyanın “18 iyul müraciəti”[1]
az qala dünya erməniçiliyinin düşmən mövqeyinə, hazırki rejimlə parçalanma manifestinə
çevrildi.O yalnız Kreml elitasının
kuluarlarında dövr edən və dilə gətirilməyən rəsmi mövqenin səslənişi
deyildi, eləcə də həmin tarixi müraciətə imza atmağa çalışan, yaxud onunla hər
gün artan həmrəylik müraciətlərinin və Russia Today-in 100 milyonluq tamaşaçı auditoriyası
sırasında olmayan, hətta Qərb-Rusiya qarşıdurmasında birincilərin yanında olan
ermənilərin də dövlətlərində baş verən
siyasi böhranın onların milli təhlükəsizliyinə zərbə vurduğunu yaxşı başa
düşdüyünə əmin oldular.
Paşinyanın indi ən böyük ehtiyatlanması hərbi toqquşmaların daxili sabitliyi
pozacağı qorxusu ilə bağlıdır.O, bəlkə də 2008-ci ildə Cənubi Osetiya hərbi
əməliyyatları ilə Rusiya ilə toqquşan Saakaşvili
planı üzrə Azərbayacana qarşı hücum hazırlamışdı, lakin gürcü liderindən fərqli
olaraq, Paşinyan demokratik hakimiyyət
imicini hərbi münaqişəyə daşıyaraq, qabaqcıl dünya dövlətlərinin və
ictimaiyyətin dəstəyini qazana bilmədi.Plan
iflasa uğradı.İndi belə bir dilemma yaranıb-antirusiya şüarları ilə iqtidarı ələ alan və əvvəlki hakimiyyət rəhbərlərini
həbsə atan, yaxud məhkəmələrə çəkən bir komanda 200 ildən artıqdır iqtisadiyyat elminin əsas qanunlarından birinə
çevrilən “Maltus ilgəyi”ndən asılı qaldığını dərk edərək, hansı addımı
atacaq?Siyasi ustadı olan Levon ter Petrosyan kimi xalqa “nə hərb-nə sülh” müraciəti imzalayaraq, qaçılmaz reallıqları qəbul
edəcək, yoxsa, Qərbə getmək istəyərkən parlamentdə
gülləbaran edilənlərin sırasında olacaq?
Xatırladaq ki, ingilis alimin həndəsi silsilə ilə
artan dünya əhalisinin riyazi ardıcıllıqla çoxalan resurslara olan nisbətə dair
irəli sürdüyü tezis Rusiyanın təsir
orbitindən çıxmağa iddialı bir hakimiyyətin Türkiyə və Azərbaycanla, o cümlədən
İranda yaşayan 25 milyondan artıq azərbaycanlıyla bir əhatə dairəsində düşmənçilik
siyasəti ilə həmin istəyinə nail olması, rus generallarını torpaqlarında görmək
istəməmələri və əsil azadlıq şəraitində səngərdə yalnız öz millətinin əskərinin
keşik çəkməsini diləməsi əsil “Maltus tələsi”dir.Nə qədər çox çəkilsələr,
ilgək bir o qədər çox sıxılacaq.Ona görə dəRusiyanın
Azərbaycan və Türkiyənin əli ilə Ermənistanı öz orbitinə qaytarmağa ehtiyacı
yoxdur.
Əgər kimsəölkəsinin iqtisadi nemətlərini və coğrafiyasını, o cümlədən qəlbləriniQərblə
bölüşüb, amma döyüşə rusları göndərib onlarınZəngilan meşələrindən
yağmalanan nadir ağaclardan hazırlanan tabutunu“Zvartnots
hava limanı”ndan Murmanska, yaxud Smolenskə yola salmağı, ardınca da azərbaycanlıları
Rusiyanın düşməni kimi qələmə verməyi düşünürsə, o dövranartıq çoxdan keçib.İlham Əliyev son 100 ildə, o cümlədən müstəqilliyin
ilk illərində Qafqaz Konfederasiyası qurmağa qalxan bizim milli demokratiyamızın
Qərbin əlində alət olaraq, bizə böyük işğal reallığı yaratmalarını dövlətin
gündəliyindən birdəfəlik çıxarıb və tarixin arxivinə atıb.Onda KTMT-nin məhz
Rusiyanın istəyi ilə hərəkət edərək, son avantüraya qoşulmadığını demək olarmı?
Bəli, başqa cür də ola bilməzdi.Erməni Baş
nazirinin administrasiyası çevrələrindəki mediaya son belə tezis ötürüblər-Simonyanın
dediyi ittihamlar, məgər Rusiyanın qurduğu
kollektiv təklükəsizliyə daxil olan digər müttəfiqlərə də aid deyilmi? Yəni,
NATO üzvləri çiyin-çiyinə Kosovada,Əfqanıstanda, yaxud İraqda döyüşürdülər, ən
sonda balkanlarda sabitlik yaradıb orada istədikləri siyasi xəritəni cızdılar,
bəs nə üçün Qazaxıstan, yaxud Belarus Krımın Rusiya ərazisinin bir parçası
olduğunu tanımadı? Yaxud, keçmiş qırğız lideri Otunbayeva özbək hərbi qruplarının
təhdidi altında qalanda KTMT-yə müraciət etmişdi, lakin ona da kömək olunmadı.
Göründüyü kimi, bu arqumentlərin açıq şantaj və təhdid xarakteri daşıdığıhamıya
məlumdur.Halbuki Krıma görə, Rusiyanınərazi bütövlüyünə təhlükə yaranmadı ki,
özbəklər də gəlib rus əsgəri ilə birgə Ukrayanaya qarşı döyüşsün.Lakin simasını xilas etmək üçün Kollektiv Hərbi
Birlikdən mövqe göstərməyi tələb edənlər fərqində deyillər ki, əgər Qazaxıstan,
yaxud Belarus silahlı qüvvələrinin cəngavər oğulları erməni hərbi-siyasi
avantürasına qoşulsa, bu həmin ittifaqın
taleyini sual altına ala, hətta onun dağılması ilə nəticələnər.Axı Azərbaycan
həmin dövlətlərin hər biri ilə müxtəlif platformalarda birləşib, o cümlədən Minsk və Alma-Ata iləaz qala hərbi müttəfiqlik
səviyyəsində əlaqələr qurulub.Elə isə, Rusiyanın hərbi hava qüvvələri ilə pilotsuz uçuş aparatlarına qarşı əməliyyatını,
yaxud 150 minlik Cənub hərbi dairə qoşunlarının plan üzrə təlimini Aərbaycana
qarşı əzələ nümayişi kimi qələmə verən erməni inqilabi hökuməti necə təhlükəli
durumda olduğunu sübut etmirmi? Başqa sözlə desək, dəniz dalğaları üzərində fırtınaya
təslim olmamaq üçün yeganə yol nəhayətdə,bir
sahiləçıxmaqdır.Ermənistan xarici siyasət böhranı yaşadığından hərbi avantüralar
vasitəsiləordununonlara siyasi üfüqlər
açmasını istəyir.Görünür, Qərb siyasi rəhbərlərinə telefon edən müdafiə
naziri David Tonoyan özünü hərbi diplomat statusunda hiss edir.Amma Mnatsakanyan
birinci olaraq, Lavrova zəng vurdu.Halbuki Rusiya ilə münasibətlər bütün tarixi
dövr ərzində ən aşağı səviyyəyə düşdüyündən, Putinlə telefon xətti bağlanıb.Yenə də əvvəldə dediyimiz labirint
yaranıb. Lakin burada başqa bir regional güc meydana daxil olur.Türkiyə dövlətinin
mövqeyinin hazırki şəraitdə münaqişəni
beynəlmiləlləşdirmək istəyən 3-cü tərəflərin işinə yaradığı iddiaları güclənməkdə
davam edir.
Gəlin baxaq: Türkiyə
hazırda ən azı 4 hərbi və 4 siyasi cəbhədə savaşdadır.Liviyada general
Haftar hərbi birləşmələrinə qarşı, o cümlədən Suriya torpaqlarında 7 ildir
davam edən müharibə və müttəfiq dövlətlərlə daimi gərgin mövqe döyüşləri, həmçinin
İraq cəbhəsi, PKK və onun yanlıları ilə silahlı əməliyyatlar.Razılaşın ki,
Aralıq dənizi hövzəsi, Yaxın Şərq üzərinə Rodosadaları ətrafında tapılan 3.5
trilyonluq qazvə elə o qədər neft ehtiyatlarına malik yataqlar ətrafında Yunanıstanla
hərbi flotların üz-üzə gəlməsini də əlavə etsək, Millli Müdafiə Nazirliyinin
yüksək çinli albaylarının masasında bir-birini
əvəz edən assimetrik savaşların hansı ardıcıllıqda olduğu üzə çıxar.Ona görə
də Qafqazlarda 5-ci cəbhənin açılması, hansı ki, Ermənistan məhz Rusiya ilə
yenidən tarixi toqquşmaların arzusu ilə məkrli planı işə salmışdı, avtomatik
olaraq, türk orduları üçün xeyli resurs,
texnologiya, iqtisadi məsrəflər və əlavə siyasi paytaxtlarla münasibətlərin
sınağa çəkilməsi deməkdir.Yəni, ermənilər yenidən “Lenin-Atatarük razılaşması”ndan bəhs edərək, talelərinin ayrı dövlətlər
və rəhbərlər tərəfindən həll olunacağını iddia etmələri bununla bağlıdır.
Ankara qarşısında siyasi çağırışlar isə hamıya bəllidir:ABŞ-la
soyuq münasibətlər davam edir, Avropa Birliyi artan təzyiqləri, Ayasofa məbədinin
məscidə çevrilməsi qərarıilə Ərdoğanın 11-ci əsr sərkərdəsi Səlahəddinin hünərini təkrarlamağa, “səlib
yürüşü”nü aparmağa qalxan 21-əsr islam dünyasının lideri statusuna iddalı
kimi qələmə verərək, onun üzərinə gələn xristian aləmini və daxildə Atatürk mirasının
toxunulmazlığını elan edən hazırki prezidentə qarşı birləşən və ənənəvi quruluş
tərəfdarlarının apardığı mübarizə Cümhuriyyət Sarayında əyləşən rəhbər üçün
gündəlik rutin deyil, ağır, qlobal məsələlərin həllini tələb edir.Doğrudur, bu
100 il əvvəlki Osmanlının süqutu və yeni Respublika quruculuğu ərəfəsəindəAzərbayacana tam gücü ilə yardım edə bilməyən
bir tarixi keçmişlə eyni vəziyyət deyil. Qarabağ məsələsi hazırda Türkiyənin
Təhlükəsizlik Şurasına bir nömrəli məsələ kimi çıxırsa, bir vaxtlar “türk qoşunu gəlsə, 3-cü dünya müharibəsi
olacaq” bəyanatını verən nazir Şapoşnikovun hədəsinin və təhlükəsinin
arxada qaldığını göstərir.Azərbaycanın yüksək çinli hərbi təmsilçiləri-generallar
Ramiz Tahirov, Kərəm Mustafayevin Türkiyə Mili Müdafə Nazirliyinin rəhbərləri
ilə Tovuzun ön cəbhəsində təxribat günlərində görüşləri də hərbi əməliyyat planları arasında dərin məsləhətləşmələrin və vahid
planların olmasından xəbər verir.
İndi Türkiyə
Rusiya iləvahid koalisiyada hərbi və siyasi savaşlarda iştirak edir.90-cı illərdə belə deyildi.Ermənistan son əməliyyatla
bu birliyin zədələnməsini və ən azından2015-ci ildəki rus təyyarəsinin haqsız vurulmasından
sonra siyasi-iqtisadi bağların böyük dərəcədə
zərbə almasını yenidən görmək istəyərdi.Amma hər iki dövlət avantüraya getmədi
və Lavrovla Çavuşoğlunun görüşü sübut edir ki, Putin Ərdoğanla ittifaqı Paşinyana qurban verməyəcək.Bəs, hadisələr
hansı sseneri üzrə inkişaf edəcək?
Gətirilən arqumentlər “İlham Əliyev planı”nın 5 ildir uğur qazanmaqda davam etdiyini göstərir.Qafqazın
hərbi-siyasi taleyi iki liderin-Putin və Əliyevin strateji razılaşması
ssenarisi üzrə gedir.
Azərbaycan Ali Baş komandanının bütün hərbi sirləri açmağıngələcək əməliyyatlara
zərbə vuracağını deməsi cəmiyyətimiz üçün yetərli olmalıdır.Tovuz hərbi bölgəsindəki
toqquşmalar öz bətnində Qarabağ münaqişəsini
yeni müstəviyə daşıyır-artıq “Ermənistan-Azərbaycan müharibəsi” termini
hansısa mərkəzlərin “mübahisəli ərazi” adı ilə çağırdıqları və İrəvan rəhbərlərinin
danışıqlarda 3-cü tərəf Qarabağ icması iddialarına sanki dolayı əsas yaradan terminologiya və hərbi-siyasi reallığın
arxada qaldığına işarədir. Bizim diplomatik və siyasi leksikonumuz şəhid general və əskərlərimizin qanı ilə özündə
böyük hüquqi və təhlükəsizlik, həmçininstaretji üstünlük mənasını daşıyan yeni
terminin dövriyyədə möhkəmlənməsini tələb edir. Digər tərəfdən, indi qarşı
tərəf sovet dövrünün xəritəsini masaya
daşıyır.Rollar dəyişir.Bir vaxtlar bütün beynəlxalq auditoriyalara gerçəkliyi
çatdırmaq üçün həmin xəritələrlə biz dünyaya coğrafiya kursu keçirdik. Deməli, Qarabağa iddia ona səbəb olub ki, Ermənistan
və Azərbaycan arasında sərhəd yoxdur.Ordu və tanklar-toplar harada dayansa,
ora da sınır/sinir xətti olacaq.Belədə uzun on illər daxilimizdə-bizim
torpaqlarda gedən savaşın çözülməməsi metastaz verərək, digər nöqtələrdən
atrofiyaları meydana gətirir.Ermənistan
inqilabi islahatlar və hakimiyyət qollarının hamısına sahiblənmək qovğalarını
bir kənara qoyaraq, bütün sərhəd boyunca Azərbaycanla savaşı gündəliyin birinci yerinə daşımağa məcbur
olub.Savaş tərəfini öz ssenarisindən və
gündəlik planlarından çıxarmaqda uğurlarımız sırasındadır.
Beləliklə,münaqişə tarixi ərzində Azərbaycanın
qazandığı beynəlxalq dəstək, informasiya və ictimai simpatiyanın bizim tərəfimizdə
olması, Tovuz hərbi cəbhəsinin yaranması və dinamikası ilə beyinlərdə açılan yeni strategiyalar, daxildə-xaricdə
pandemiyanın ağırlığı altında sıxılan milyonlarla insanımızın dövlətlə, ordu və
Ali Baş Komandanla birik göstərmələri “90-cı
illər ssenarisi”nin bu dəfə bizim xeyrimizə sonuclanmasına zəmin yaradır.
Ermənistan Azərbaycanın iqtisadi-siyasi şah damarları sayılan və bölgənin təhlükəsizlik
arteriyası olan kəmərlərə və dəhlizlərə zərbə vurmağa cəsarət edə bilməz.Bu
nəhəng korporasiyalar və London, Vaşinqton, Roma ilə düşmən olmaq deməkdir.Bunu
ən çətin dövrdə heç Yeltsin Rusiyası belə etmədi.Ona görə də ordunu müxalifətin əlindən almaq istəyən
Paşinyan özü də sarkisyanlaşaraq, koçaryanlaşaraq səngərə girməyə vadar olur.
İndi Ermənistanın Rusiyada mövqelərinin zəiflədilməsi strategiyasını tərtib etmək və konflikt nöqtələrinin geniş kataloqunu yaradaraq addım-addım onu həyata keçirmək Qarabağ uğrunda savaşa töhfə olardı.Hazırda dünyaya yayılan və Qafqazları aşan iki xalq arasında toqquşmaların "90-cı illər"in ssenarisi üzrə deyil, bizim plan üzrə getməsi üçün bir an belə dayanmadan işlər görülməlidir.Bütün dünya mediasına çıxan Azərbaycan mövzusunu daimi fəaliyyət göstərən hərbi-siyasi qərargahda toplayıb tədqiq etmək və hər gün minlərlə insana döyüş tapşırığı qrifində əmrlər vermək gərəkdir. Əks halda indiki meydana kükrəyən passionar enerji iki formada-ya dini xürafata və nəticədə ekstremizmə yuvarlanacaq, ya da sosial toqquşmalara xərclənəcək.
Rusiyada milyon
tirajla çıxan media quruluşları öz intiqamları naminə Paşinyana sitəm
edirlər.İrəvan 100 illik himayəni itirən kimi bizim avtomatik torpaq bütünlüyü
qazanacağımızı aydın dərk edir. Lakin qorxulusu odur ki, İsrail-İran və digər
qədim ocaqlar arasında savaş qızışsın və bu dəfə də ərəb dünyası gəlib Qafqazı Tehrana qarşı hərbi platsdarma
çevirsin, əvəzindəerməni hərbi cəbhəsi ortada coğrafi mövqeyinə görə yeni
güclər üçün əlverişli olsun və düz 100
il əvvəlki tsikl təkrarlansın: türk generalları getdi, sonra ingilis Tomson
gəldi, sonra da 11-ci Qızıl Ordu.Ona görə də hər geopolitik qütblər üzrə yüzcə
peşəkarımız olsa, siyasət və informasiya mühəndislərimiz yetişsə, savaş
cəbhələri çoxalacaq və belə hibrid
müharibənin qarşısında erməni dünyasının dayanması çətin olacaq! Necə
deyərlər, pandemiya ilə birgə böyük transformasiya dövrüdür. Hibrid siyasət dövrü...
Dünyanın
yenidən bölünməsi yenə də Ermənistan-Azərbaycan savaşı ilə başladı.SSRİ-nin
dağılmasında da belə olmuşdu. Lakin Rusiyanın
davranışlarında baş verən strateji dəyişikliklər, hətta neytrallıq belə
üstünlük kimi qeyd edilərək, onun informasiya məkanında güclənmək mühüm milli
vəzifədir.Əks halda məhəlli və məişət siyasi
makulaturaları, boyat politoloji klişelərTovuz hərbi cəbhəsində
mövqelərimizə daha çox zərbə vurur..
Siyasi
gerilikdən xilas üçün zərdab tapmaq dünya institutlarının
deyil, bizim işimizdir.
Indi rus
liberalları deyil, Azərbaycana dost olan
millətçilərin informasiya səsini gücləndirmək səngərdə dayanan əskər və
zabitlər qədər əhəmiyyət daşıyır.Niyəsə mənə elə gəlir ki, səngərdən
kənarda əskərin hünərini təkrarlaya
bilməyən müəllim, həkim, siyasətçi, jurnalist və diplomatın ermənilərlə
davanı qazana bilməməsinin agırlığı təzədənordunun üstünə qayıdanda Petroqrad üsyanları baş verir.
Indi yenidən erməni obrazının qarşımızda şəkillənməsi
gedir.Biz bu dəfə də onun qəddar, vandal və himayəli köpək xəyallanna uduzsaq,bütün
torpaqlarımızla bərabər gələcək 20 ilimiz də şərq küskünlüyü, məğlubiyyəti və kədəri altında keçəcək.
Bizə qələbə
gərəkdir!
Necə olur-olsun,
yalnız qələbə.”Məglub atalar”ın ogulları
meydana çıxıb və onlar da uduzsalar, bizə kimsə kömək edə bilməyəcək.
Siyasi
institutlarımızın zəifliyini, media hakimiyyətinin və kommunikasiyanın ağır vəziyyətdən
çıxarılmasını bacarsaq, güclü müharibə elitası formalaşdıra
biləcəyik.
Sabaha nikbin
baxmaq üçün dünəndən dərs almaq
lazımdır.Dərs..
Dərin bir hesabatlılıq və dərs...
Düşmən etmədiklərimiz, oxumadıqlarımız, görmədiklərimizdir!
Zahid Oruc, Sosial
Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri,millət vəkili