Putin Paşinyanın qalmasını istəyir - Korotçenko


Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 11 yanvar tarixində keçiriləcək danışıqlarda iştirak etməsi bir siqnaldır.

Bu barədə rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko Teleqram hesabında yazıb.

“Paşinyanın Moskvada keçiriləcək sabahkı üçtərəfli danışıqlarda iştirakı erməni müxalifətinə hazırkı baş nazirin Rusiyanı tam qane etməsi haqda daha bir aydın siqnaldır. 

Kobud desək, Putin Paşinyanın hakimiyyət vaxtını uzadır”, — deyə o qeyd edib.