Saakaşvilidən kinayəli sözlər: “Yazıq ölkəm, kimin əlinə düşdün?"


“Yazıq ölkəm! Kimin əlinə düşdün? – Bunların mövcudluğu sona çatır!”.

Sherg.az "24News.ge" saytına istinadən xəbər verir ki, bu sözləri eks prezident Mixeil Saakaşvili, İrakli Kobaxidzeyə Azadlıq Ordeni verilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu ordeni o Gürcüstanın azadlığının möhkəmləndirilməsində xüsusi xidmətləri olan qəhrəmanlar üçün tərtib etmişdi:

“Orden mənim təşəbbüsümlə tərtib olunub. Mən, bu ordeni Gürcüstanın azadlığının möhkəmləndirilməsində xüsusi xidmətləri olan qəhrəmanlar üçün tərtib etmişəm.

Yazıq ölkəm! Kimin əlinə düşdün? – Bunların mövcudluğu sona çatır!".

Saakaşvili həmçinin İrakli Qaribaşvilinin ölkənin iqdisadi artımı ilə bağlı etdiyi çıxışına da münasibət bildirib:

"Bu gün Qaribaşvili 'Qızıl Gül' inqilabından sonra, Gürcüstan iqtisadiyyatının çökdüyünü dedi.
Belə çıxır ki, iqtisadiyyatın 4 dəfə artması çökmək deməkdir? İndi bunların vaxtında nəyinki artdı, əksinə 6% çökdü, onda bu çiçəklənmək deməkdir?

Dərhal ona da sındırılmış azadlıq “orden”i verin! Amma siz özünüz qərar verin, hansı daha çox lentə sahib olmalıdır – Qaribaşvili yoxsa, Kobaxidze?”, - deyə Saakaşvili bildirib.