Üçtərəfli görüş: Türkiyə, Azərbaycan və Türkmənistan... 

Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilir.
APA-nın yerli bürosunun xəbərinə görə, üçtərəfli görüş zamanı XİN başçıları dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin mövcud inkişafını müzakirə edəcəklər.