"Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək barədə qərarı martın 2-də vermişik. Bu addımı ölkədə mövcud olan milli birlik, həmrəyliyin daha da güclənməsi naminə atmışıq".
Bunu "Sherg.az"a açıqlamasında Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri Qasım Qasımov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində Ali Baş Komandanın, şanlı Ordumuzun qətiyyətli qələbəsi və Ermənistanın birmənalı şəkildə kapitulyasiya olunması onların ölkədəki birliyi dəstəkləmələrinə əsas verib: “Fəaliyyətimizin gələcəkdə daha da uğurlu olacaq”.
Q.Qasımov hakim partiyada təmsil olunacağı vəzifə barədə danışmağın hələ tez olduğunu bildirib:
"Hansı vəzifədə olacağım barədə indidən fikir demək doğru olmaz. Bu, gələcəyin məsələsidir. Biz YAP-a vəzifə xatirinə yox, partiyanın məramını qiymətləndirərək qoşulmuşuq".