Zaxarova:"NATO Ukraynada fəaliyyətlərini artırıb” - Təzyiq!

“NATO silahlı qüvvələri Ukrayna və Qara dənizdəki Rusiya sərhədləri yaxınlığında fəaliyyətlərini artırıb”.
“Sherg.az” “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Kiyev Donbasdakı təmas xəttinə yeni qüvvələr cəlb edib. Həmçinin təmas xətti boyunca kəşfiyyat təyyarələrindən və radioelektron vasitələrdən istifadə edildiyi bildirilir.