"İranın din xadimləri səsləndirdikləri açıqlamalara fikir verməlidir!"

“ “İsrail niyə Qarabağda zavod tikir?!” deyərək Azərbaycana qarşı kin-küdurət püskürmək doğru yanaşma deyil”. 

Bu sözləri hüquq müdafiəçisi Əhməd Şahidov deyib. 

Ekspert bildirib ki, İranın din xadimləri səsləndirdikləri açıqlamalara fikir verməlidir: 

“Azərbaycan Respublikası dünyəvi bir ölkədir. Burada dindar, ateist, şiə, sünni, qərbpərəst, ruspərəst və çoxsaylı etnik millətlər yaşayır. Azərbaycan istəsə də, İran İslam Respublikası kimi yaşaya və düşünə bilməz. Bizim İslama baxışlarımız fərqlidir. Qarabağ Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazisidir. Bu ərazilərdə hansı ölkələrin və şirkətlərin çalışacağı və ya hansı ölkələrə aid maşınların giriş-çıxış edəcəyi barədə qərarı də Azərbaycan verir. Məqsəd Azərbaycanla dostlaşmaqdırsa, bizə xoş olacaq addımlar atmaq lazımdır. İnanın ki, İrandan gələcək hər bir müsbət jestə biz də adekvat cavab verəcəyik. Yox, əgər İran Azərbaycanla müharibə etmək istəyirsə, o zaman Azərbaycan da öz ərazilərini qorumaq üçün bütün zəruri addımları atacaq. Bu cümlələri yazan Əhməd Şahidov da əlinə silah götürüb cəbhədə vuruşmalı olacaq”.