Türkiyə və Əfqanıstan XİN başçıları arasında görüş başlayıb

Türkiyə və Əfqanıstan XİN başçıları arasında görüş başlayıbMövlud Çavuşoğlu və Əmir Xan Mottaki
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə “Taliban”ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottaki arasında görüş başlayıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, “Taliban” təmsilçiləri keçən həftə ABŞ və Avropa İttifaqının nümayəndə heyəti ilə görüşmüşdü.

Məlumata görə, "Taliban" rəsmiləri gələn həftə Moskvada səfərdə olacaq.