Türkiyə səfiri xalqımızı Şəhriyarın şeiri ilə təbrik etdi - FOTO


Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı xalqımızı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Türkiyəli səfir bu barədə “Twitter” hesabında paylaşım edib.

“Qardaş Azərbaycanın müstəqilliyinin yenidən qazanılmasının 30-cu ilini ürəkdən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun”, - deyə Cahid Bağcı bildirib.

Türkiyəli səfir həmçinin M.Şəhriyarın şeirindən bir hissəni də paylaşımına əlavə edib:

“Könlüm quşu qanad çalmaz,


Sənsiz bir an, Azərbaycan”.