ABŞ-ın müdafiə naziri "3+3" əməkdaşlıq formatına münasibət bildirib


ABŞ-ın müdafiə naziri 3+3 əməkdaşlıq formatının yaradılması təklifinə münasibət bildiribLloyd Austin
"Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı möhkəmləndirməlidir".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanda rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin deyib.

O, "3+3" əməkdaşlıq formatına da münasibət bildirib: "Gürcüstan ərazisinin 20 faizini işğalda saxlayan Rusiyanın hər hansı bir əməkdaşlıq formatı barədə danışmazdan əvvəl 2008-ci ilin atəşkəs razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməsi daha yaxşı olardı".