Bakı və Moskvanın maraqları üst-üstə düşür:“Sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizi...”

“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçi şəhərində keçirilən üçtərəfli görüş başa çatdı və görüş sonrası liderlər bəyanatla çıxış etdi. Düşünürəm ki, liderlərin bu görüşünü uğurlu saymaq olar”.

Bu fikirləri “Sherg.az” a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, xüsusilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər və bu fikirlərin ehtiva etdiyi məna bunu deməyə əsas verir:

“Əvvəla, onu qeyd edim ki, görüş zamanı Prezident İlham Əliyev daha təmkinli idi və onun Paşinyana nəzərən sərbəstliyi ilk başdan hiss olunurdu. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin də çıxışı zamanı Paşinyana daha çox xitab edir, Ermənistanı daha çox hədəfə alırdı. Ölkə başçısının çıxışında diqqət çəkən məqamlar çox idi. Misal üçün Prezident İlham Əliyev Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirdiyini qeyd etdi. Bu ondan xəbər verir ki, rəsmi Bakı indiki mərhələdə Kremlin fəaliyyətindən narazı deyil. Yəni istər sərhədlərin demarkasiya və demitasiyası, istərsə də Zəngəzur dəhlizində Bakı və Kremlin maraqları üst-üstə düşür. Hər halda son hadisələr bunun belə olduğunu göstərir”.