Əziz Əlibəyli: "Prezidentin Şuşa səfəri əlahiddə mesajlarla yadda qaldı"

"Prezident və ailəsinin Şuşaya və Hadruta səfəri əvvəlkilərdən fərqli idi".

"Sherg.az"ın xəbərinə görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli yazıb. 

Ekspert bildirib ki, ölkə rəhbəri 60 yaşına qədəm qoyurdu və yubileyini qeyd etmək üçün ən müqəddəs missiyasının icra edildiyi məkana  - Qarabağın tacı Qalaya səfəri əlahiddə mesajlarla yadda qaldı: 

"Prezidentin oğlu Heydər Əliyev ilk dəfə  idi Şuşada idi. Ölkə rəhbərinin bununla verdiyi mesaj olduqca aydındır. Çünki ilk dəfə fotolarda tarixləşərək yadda qalan 1982-ci ilin qarlı qış günündə Vaqifin məqbərəsinin açılışından olan xatirə nümunələri tarixi ardıcıllığın olduqca maraqlı görüntüsünə çevrildi. İstər-istəməz, "Heydər Əliyev Şuşada" ifadəsinin tarixi və siyasi, psixoloji yükünün tarixi yaşı az qala 40-yaşına çatmaqdadır. Həmin gün Ermənistan mediasında tirajlanan məlumatların təhlili göstərir ki, ermənilər üçün Şuşanın itirilməsi nə qədər böyük psixoloji zərbə olsa da, prezidentin ailəsi ilə birlikdə səfəri ikiqat ağır təsir buraxıb".

Ə.Əlibəyli qeyd edib ki, bütün erməni mediası və dünyadakı erməni mənşəli media ötən il bu gün prezidentin dayandığı yerdə guya əsgərimizin mülki erməniləri qətlə yetirdiklərini yazırdılar, yalançı göz yaşları, saxta iztirablarla qeyd edirdilər: 

"Prezident Şuşada balaca bir sakinlə tanış olması – "ailəmi, uşaqlarımı, körpələrimi, xalqımı bura gətirmişəm, onlar artıq burda yaşayır" mesajı vermək idi. Bu mesajda Azərbaycan arxitepinin iki mühüm kodu yer aldı: ailə və torpaq. Ailə olan yerdə oğullar savaşır, ailəyə düşmənin əl uzatmasına  imkan vermir, Dədə Qorqud ağzı ilə desək, ocaqları yanır, bacasından tüstüsü gur çıxır. Dünyanın informasiya pəncərəsinə də məhz həmin körpə uşağın simasında qalib hərbçi mündiri, kiçik yaşından böyük rütbə amalı və Şuşanın sahibliyi pasportu göstərilir. Balaca Asifin rütbəsi təsadüfən general-leytenant deyil ki...".