Putin-Rəisi görüşünün vaxtı məlum oldu

İran Prezidenti İbrahim Rəisi 2022-ci ilin ilk günlərində Rusiyaya rəsmi səfər edəcək.
“Hazırda Prezidentin siyasi məsələlər üzrə müavini səfər planını hazırlayır” - İran hökumətinin sözçüsü Əli Bahadori vurğulayıb.
Rəsmi mənbə əlavə edib ki, səfər zamanı İ.Rəisi Tehran və Moskva arasında ikitərəfli və ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.
Mənbə: “Tasnim”