Sülh və müharibə zamanı səfərbərlik və çağrış sisteminin rolu danılmazdır

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli sərəncamı şərh edib.

Emin Həsənli bu sərəncamı hərbi struktirlarda aparılan islahatların tərkib hissəsi hesab edir: “Vətən müharibəsində qələbədən sonra Azərbaycan ordusunda geniş islahatlar gedir, cənab prezidentin tapşırığına uyğun olaraq bütün silahlı qüvvələrimiz modernləşir, müasir dövrün qanunlarına uyğun olaraq islahatlar aparılır silahlı qüvvələrimiz böyüyür. Bu artıq qalib ordunun silahlı qüvvələridir.

Bu il cənab prezidentin fərmanı ilə quru qoşunlar yaradıldı. Müdafiə Naziriliyində yeni idairələr yaradıldı, Dövlət Sərhəd Xidmətində geniş islahatlar aparıldı. İlin sonunda da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  1 polkovnikinə  genral mayor, 3 general mayoruna isə genral leytenant rütbəsi verildi.

Müharibə dövründə bütün silahlı qüvvələr qarşıya qoyulan tapışırıqları yüksək səvviyədə yerinə yetirmişdir. Ali Baş Komandan onları yüksək orden və medallarla eyni zamanda ali rütbələrlə mükafatlandırdı. Bu 30 ildir xalqımızın gözlədiyi ən böyük zəfər idi. Memarı ümumilli lider Heydər Əliyev olan orduya qələbə yaraşırdı. Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz bu zəfəri əldə etdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti də öz üzərinə düşən işi şərəflə yerinə yetirdi. Cənab prezidentin fərmanı ilə ölkədə səfərbərlik elan edildi. Bundan irəli gələn tapşırıqlar çox çevik və peşəkarlıqla yerinə yetirildi.  Hərbi hissələrin komplektləşdirilməsi şəxsi heyətlə, nəqliyyat vasitələrilə təmin edilməsi, şəhidlərimiz dəfn olunması, xalqla ordu arasında əlaqələrin təmin olunması, ön cəbhəylə arxa cəbhə arasında əlaqənin yaradılması Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin gördüyü işlər idi.

Xalqımızın bu dərəcədə müharibəyə səfərbər olunmasında  2 amil rol oynadı.

Birinci amil - xalqımızın vətənpərvərliyi, gənclərimizin könüllü döyüşə getməyi, ikinci amil -  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işini peşəkarcasına qurmağından irəli gəlirdi. İllərdir cənab Prezidentin, Ali Baş Komandanın təsdiq etdiyi plana uyğun olaraq xidmət səfərbərlik hazırlıqları həyata keçirilirdi. Rayon, kənd və hər yaşayış məntəqəsi üzrə ehtiyat hazırlıqları həyata keçirilirdi. Həm nəqliyyat vasitələri, insan ehtiyatı resursu seçilirdi. Əsasən yaşa görə insan resursuna sağlamlığa görə və ən əsası isə hazırlığa görə müəyyən edilirdi və hazırlıqlar aparılırdı. Yerli icra hakimiyyəti orqanları, silahlı qüvvələrin digər qoşun növlər ilə Müdafiə Nazirliyi birgə bu işlər təmin edilirdi. Hər il cənab prezidentin planına uyğun olaraq Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti böyük təlimlər keçirirdi. Bu təlimlər geniş miqyaslı keçirilir və ehtiyatda olan hərbi quluqçular da cəlb edilirdi.

Birdə Səfərbərkik təlimlərində 3 əsas amik də hszlrlıq sağlamlıq məsəlısinin yerinə  yaşa və ixtisasa görə kamanda heyətləri müəyyənləşib, Bütün ehtiyatda olan hərbi qulucukarın bazaslı yaradılıb . Kim hansı ixtisas, harda qediyyatda olduğu, müharibə zamanı qısa zamanda hara və neçə aparılacağı tam müəyyin edilib.Biz müharibədə bunun əyani şahidi olduü. SX Əfəqanısan müharibəsi iştirakcılarının, Ceynobl faciəsinin iştirakcılarının, 20 yanvan Qarabağ müharibəsi Əliilərinin , şəhidlərinin , Milli Qəhramanların, Vətən Müharibəsi Qəhramanlarını , eytiyyatda olan bütün hərbclərin elektron və ənənəvi qaydada qediyyatın aparıb. Bu və diğər istiqamətdə  özündən əvvəliki bütün nöqsanları tam aradan qaldırıb.

Gənc nəsilin vətənpərlik ruhunda böyüməsində də xidmətin üzərinə çox böyük işlər düşür. Bütün rayonlarda “Vətənin müdafiəsinə hazıram” adı altında silsilə tədbirlər keçirilmiş, rəsm sərgiləri, inşa müsabiqələri, xidmətə gənclərin hazırlanması, həm sağlamlıq, həm mənəvi pisxoloji cəhətdən hazır olunması baxımından xeyli işlər görülmüşdür.

Mən yeni rütbə alan hərbi quluqçuları təbrik edirəm. Biz ordumuzu dəstəkləməliyik və ordumuzu sevməliyik. Bu ordu bizimdir. Ümumilli lider Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycanın hər bir işi şərəfdir, ancaq vətəni qorumaq ən şərəfli peşədir”. Ən şərəfli peşənin daşıyıcılarına eşq olsun. Yeni il qabağı bu sərəncam Prezident tərəfindən orduya verilmiş ən böyük hədiyyəsidir, orduya diqqətidir. Hesab edirəm ki, gələcəkdə də yüksək fəaliyyətləri ilə Ali Baş Komandanın etimadını doğruldacalar.

Bir məsələni də qeyd edim ki, Səfərbərlik Xidməti bir çox gözəl ənənələr yaradıb. Xidmət rəisi general polkovnik Arzu Rəhimov başda olmaqla xidmət əməkdaşları, QHT əməkdaşları, baş redaktorlar, ictimaiyyət nümayındələri ilə birgə şəhid ailələrini  ziyarət edir və onlara diqqət göstərilir. İllərlədir ki, bu gözəl ənənə davam etdirilir.

Son dövr Səfərbərlik Xidməti elektron hökümətə keçid dövründə cənab Prezidentin fərman və sərəncamlarına uyğun olaraq xeyli addımlar atıb. Çağırış sistemi tamamilə şəffaflaşıb. Artıq çağırışçı hansı hərbi hissədə xidmət edəcəyini sərbəst şəkildə onlayn qaydada öyrənə bilir.

Xidmət rəisi və müavinlər həm bölgələrdə, həm də Xidmətin mərkəzi aparatında hər ay vətəndaşlarla görüş keçirərək onların problemlərinin həlli istiqamətində xeyli addımlar atır”.