Rusiya XİN: Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında vasitəçiliyə hazırıq

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində vasitəçi kimi çıxış etməyə hazır olduqlarını bəyan edib. "Sherg.az"ın  xəbərinə görə, nazir müavini "Sputnik" xəbər agentliyinə açıqlamasında bildirib ki, Ankara-İrəvan münasibətlərinin normallaşması regionda vəziyyətin yaxşılaşmasına kömək edəcək. İki ölkə arasında dialoqun başlanması istiqamətində atılan addımları alqışladığı qeyd edib. “Normallaşma məsələsini həll etmək üçün xüsusi nümayəndələrin təyin edilməsindən də məmnunluq duyuruq”, - deyə Rudenko bildirib.

Xanlar ƏLİBƏY